Yüksək enerji qiymətləri ilə mübarizə üçün Almaniya hökuməti 200 milyard avro ayırdı

Enerji qiymətlərinin yüksəlməsindən əziyyət çəkən vətəndaşlara kömək olmaq üçün Almaniyanın kansleri Olaf Scholz ötən həftə 200 milyard avro, yaxud 198 milyard dollar dəyərində maliyyə paketi açıqlayıb. 

BBN.az CNBC.com-a istinadən xəbər verir ki, Citi-nin analitikləri isə ötən cümə günü açıqlamasında deyiblər ki, bizim fikrimizcə, maliyyə paketi ölkədə yaxınlaşmaqda olan iqtisadi tənəzzülü yumşalda və risklərin qarşısını ala bilər. 

Həmçinin qeyd ediblər ki, belə bir təklif 2023-cü ildə inflyasiyanı 2 faiz bəndi aşağı sala, lakin ümumi iqtisadi aktivliyin azaldılmasına təsir göstərməyə bilər.

Hökumətin elan etdiyi, müdafiə mexanizminə isə qaz qiymətlərinin artmasını yavaşlatmaq, yanacaq üçün vergilərin azaldılması daxildir. 

Deutsche Bank-ın analitikləri təxmin edirlər ki, iqtisadi paket ailələrin gəlirlərinin artımına təsir edəcək, Ümumi Daxili Məhsulun (ÜDM) 2023-cü ildə təxminən 2% azalmasına səbəb olacaq. Bu isə daha öncəki proqnozlardan daha yaxşıdır, söhbət 3.5%-dən gedir. 

Related posts

İsveçrə Mərkəzi Bankı uçot faiz dərəcəsini azaltdı

İngiltərənin Mərkəzi Bankından uçot faiz dərəcəsi ilə bağlı – Yeni qərar

IFC Mərkəzi və Şərqi Avropa üzrə yeni regional direktor təyin edib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı