Yüksək neft qiymətləri “Saudi Aramco”ya rekord həcmdə milyardlar qazandırdı

Səudiyyə Ərəbistanının neft şirkəti “Aramco”nun 2022-i ilin I yarısında gəlirləri 88 milyard dollara çatıb və qlobalda “qara qızıl”ın qiymətləri yüksək olaraq qalır. Səudiyyənin neft nəhəngi Aramco, 2022-ci ilin ikinci rübündə 48,4 milyard dollar (39,8 milyard funt sterlinq) mənfəətlə öz rekordunu yeniləyib.

BBN.az NBC News-a istinadən xəbər verir ki, bu haqda şirkət bazar günü açıqlamasında deyib. 

Səudiyyə Ərəbistanı hökumətinə məxsus olan neft və qaz şirkəti 2022-ci ilin II rübündə 2021-ci ilin eyni dövrü ilə müqayisədə gəlirlərində 90% artım müşahidə ediblər. Şirkət, daha öncə də söz verib etməyə çalışdığı, II rüb ilə bağlı səhmdarlarına 18.8 milyard dollar divident ödəcəyini söyləyib.

Aramco-dan, həmçinin, deyiblər ki, 2019-cu ilin sonlarından bu yana şirkət üçün gəlirlərdəki ilk rekord rüblük artımdır.

Kompaniyadan bildirilib ki, xam neftin qiymətinin yüksək olması, satış həcminin böyük olması və daha yüksək marjalar səbəbindən neft şirkəti belə çox qazanıb. 

Aramco-nun CEO-su Amin Nasser 2022-ci ilin II rübü ilə bağlı göstəricilər ilə bağlı deyib ki, bu krallığın neftinə artan tələbi nümayiş etdirir, hansı ki, dünyada istehsalı ən ucuz neftlər arasındadır. 

Qeyd etmək yerinə düşər ki, daha öncə bildirdiyimiz kimi BP-nin rüblük gəliri son 14 ildə ilk dəfə rekorda çatmışdı. Böyük Britaniyanın “Centrica” (yanvar-iyun, 1.3 milyard funt sterlinq) və “Shell” (aprel-iyunda 10 milyard funt sterlinq) enerji şirkətlərindən sonra, bazarın digər nəhəngi BP də 2022-ci ilin ikinci rübü ilə bağlı gəlirlərini açıqlamışdı və cari ilin aprel-iyun periodunda 6.95 milyard funt sterlinq (8.45 milyard dollar-red.) qazandığını elan etmişdi. 

Related posts

Energetika naziri Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru ilə görüşüb

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində 2024-cü ilin birinci yarısının yekunlarına həsr olunmuş müşavirə keçirilmişdir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı