Zəif maliyyə rübündən sonra, Microsoft işçilər ixtisar etdiyini təsdiq edib

Bazar ertəsi günü ən böyük texnologiya şirkəti Microsoft 3 aydan sonrakı maliyyə rübündə işçi sayını azaltdığını və əlavə işçi götürmədiyini təsdiqləyib. İxtisar isə 1%-dən az işçilərə təsir edib. Buna səbəb isə kompüterlər üçün Windows lisenziya satışlarının azalması olub.

İyulda isə Microsoft-dan bildirilmişdir ki, 2022-ci ilin I fiskal rübündə 10%-lik gəlir inkişafı olub.

BBN.az xəbər verir ki, bu haqda CNBC Business nəşri yazıb.

Kompaniya sentyabrın 30-da başa çatan maliyyə rübündə inkişafın azaldığını və bunun son 5 ildən çox müddətə ən zəif göstəricilər olduğunu elan edib.

2022-ci ildə Silicon Valley-də Meta Platforms və Salesforce də yeni işçi qəbulunun sürətini yavaşladıb, Coinbase, Netflix də eyni addımı atan şirkətlərin sırasındadır. Microsoft-dan bildirilib ki, “Biz biznesə investisiya etməyi davam edəcəyik, qarşıdakı ildə isə əsas inkişaf sahələrində işçi qəbulu edəcəyik”.

Oktyabrın 25-də isə şirkət qazanclarını elan edəcək. Bazar ertəsi günü Axios da işçi ixtisar etdiyini təsdiqləyib bu isə 1000 nəfərdən az insana təsir edib.

Related posts

Şərq Tərəfdaşlığı ölkələrinin İKT və kibertəhlükəsizlik assosiasiyaları arasında əməkdaşlıq imkanları müzakirə edilib

Smartfon bazarı süni intellektin təsiri ilə 6 faiz böyüdü

Ölkədə 2,7 milyon təsərrüfatın genişzolaqlı internetə çıxışı təmin olunub

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı