Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Zəngəzur dəhlizi boyunca dəmir yolu əlaqəsi bərpa olunacaq - BBN

Zəngəzur dəhlizi boyunca dəmir yolu əlaqəsi bərpa olunacaq

“Azərbaycan Dəmir Yolları” QSC Naxçıvan Muxtar Respublikasında dəmir yolları infrastrukturunun yenidən qurulması və modernləşdirilməsi üçün layihələndirmə işlərini başa çatdırıb və artıq Ordubad rayonunda, Ermənistanla sərhəddə tikinti işlərinə start verilib.

BBN.az xəbər verir ki, ADY-dən bildirilib ki, tikinti işləri 188 km-lik dəmiryol xəttini əhatə edir.

Məqsəd müasir tələblərə cavab verən yeni dəmir yolu şəbəkəsinin qurulmasıdır.

Əsaslı təmir işləri başa çatdıqdan sonra dəmir yolunun illik yükötürmə qabiliyyəti 15 milyon ton təşkil edəcək.

2025-ci il avqustun 8-də Vaşinqtonda “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”nun (TRIPP) açılmasına dair razılaşma çərçivəsində Zəngəzur dəhlizi boyunca dəmir yolu əlaqəsi bərpa olunacaq.

Orta dəhlizin mühüm tərkib hissəsi kimi Avropa və Asiya arasında yükdaşımalarda mühüm marşrut kimi qiymətləndirilən Zəngəzur dəhlizi Şimal-Cənub dəhlizinin də əsas halqalarından birini təşkil edəcək.

Related posts

“AzerGold” Əcəmi Naxçıvaninin 900 illiyinə həsr olunmuş gümüş sikkə buraxır

İqtisadi Şura və İnvestisiya Holdinqinin birgə iclası keçirilib, neft məhsullarına dair müzakirə aparılıb

BVF: Azərbaycan-Ermənistan sülh razılaşması regiona sərmayələri artıracaq

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı