Zərərverici proqramlardan necə qorunaq?

“Cihazın yavaş işləməsi, donmaların olması, yaddaşın birdən-birə yüklənməsi, brauzerin alətlər paneli və ya əsas səhifəsində dəyişikliklərin olması, həmçinin “pop-up” reklamlarla tez-tez qarşılaşmaq zərərverici proqrama yoluxma ehtimallarından sadəcə bir neçəsidir”.

BBN.az bu haqda Elektron Təhlükəsizlik Xidmətinin (ETX) yaydığı məlumata istinadən xəbər verir.

“Bu cür proqramlara yoluxma halından şübhələndikdə aşağıdakı tədbirləri görə bilərsiniz:

– Zərərli proqramın yayılmasının və ya əlavə zərərli məzmunun yüklənməsinin qarşısını almaq üçün yoluxmuş cihaz internet şəbəkəsindən (Wi-Fi) ayrılmalıdır.
– Zərərvericini aşkarlamaq və aradan qaldırmaq üçün antivirus proqramları, yaxud cihazın skan imkanlarından yararlanmaq lazımdır. Bəzi hallarda, xüsusilə də, mürəkkəb zərərli proqramlarla qarşılaşdıqda manual (əl ilə) silinmə tələb oluna bilər.
– Yoluxma aradan qalxdıqdan sonra zərərli proqramın giriş məlumatlarınızı oğurlama ehtimalına qarşı bank və e-poçt da daxil olmaqla, bütün onlayn hesablarınızın şifrlərini dəyişməlisiniz”, – deyə qeyd edilib.

Related posts

“Nvidia”nın xalis mənfəəti və gəliri 2 dəfə artıb

Nüfuzlu təhsil müəssisəsi Azərbaycanda İKT üzrə ixtisasartırma proqramına başlayır

Azərbaycanda yaşıl texnologiyalar əsasında iki yeni data mərkəzi tikiləcək

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı