Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Zakir İbrahimov 4-cü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə növbəti görüşlərini keçirib - BBN

Zakir İbrahimov 4-cü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə növbəti görüşlərini keçirib

“AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov 4-cü “Yüksəliş” müsabiqəsinin Mentorluq proqramı çərçivəsində müsabiqə qalibləri Aslan Həsənli və Rüfət Məmmədxanlı ilə növbəti fərdi görüşlərini keçirib.

Görüşlər zamanı beynəlxalq tədbirlərdə protokol qaydalarının tətbiqi, natiqlik bacarıqlarının inkişaf etdirilməsi və tərəfdaşlarla effektiv kommunikasiyanın qurulması mövzuları müzakirə olunub.

İdarə Heyətinin sədri Zakir İbrahimov müsabiqə qalibləri ilə şəxsi təcrübəsini bölüşərək, onlara həmin istiqamətlərdə bilik və bacarıqlarını inkişaf etdirmələri üçün tövsiyyələr verib. Zakir İbrahimov “Yüksəliş” müsabiqəsinin istedadlı gənclərə öz potensialını reallaşdırmaq, peşəkar bacarıqlarını artırmaq və liderlik keyfiyyətlərini inkişaf etdirmək üçün geniş imkanlar yaratdığını vurğulayaraq, proqram iştirakçılarını onlara təqdim olunmuş bu imkanlardan maksimum yararlanmağa dəvət edib.

Görüşlər mövzular ətrafında sual-cavab formatında davam edib.

Qeyd edək ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu ildə imzaladığı Sərəncamla intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis edilib.

 

Related posts

ABA-nın “Daxili audit işi üzrə Ekspert Qrupu”nun növbəti görüşü keçirilmişdir.

DGK yanında İctimai Şuranın ilk iclası keçirilib

ABA-nın “İnsan resurslarının idarə edilməsi üzrə Ekspert Qrupu”nun Macarıstan səfəri başa çatmışdır

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı