Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Zaqatalada keçirilmiş əmək yarmarkasında 135 vakansiya təqdim edilib - BBN

Zaqatalada keçirilmiş əmək yarmarkasında 135 vakansiya təqdim edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən işəgötürənlərlə birgə növbəti əmək yarmarkası Zaqatala rayonunda təşkil edilib.

Şəki-Zaqatala Regional Məşğulluq filialı tərəfindən keçirilmiş yarmarkada 19 müəssisə tərəfindən 135 vakansiya təqdim olunub.

Yarmarkada iştirak etmiş şəxslərə vakansiyalar, iş öhdəlikləri barədə ətraflı məlumat verilib, uyğun namizədlərin qeydiyyatı aparılıb.

Tədbirdə həmçinin işsiz və işaxtaran şəxslərə Agentliyin aktiv məşğulluq istiqamətləri və müraciət qaydaları izah edilib, vətəndaşlarla ilkin sorğular aparılıb.

Related posts

Fevralda Səyyar ASAN-ın xidmət göstərəcəyi ünvanlar

ƏMAS-da “İşədüzəlmədə vasitəçilik” modulu istifadəyə verilib

Sosial Xidmət Xəritəsi istifadəyə verilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı