Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
"Ziraat Bank Azərbaycan" ASC ABŞ-də Azəbaycanın ilk bankçılıq missiyasında iştirak etdi - Foto - BBN

“Ziraat Bank Azərbaycan” ASC ABŞ-də Azəbaycanın ilk bankçılıq missiyasında iştirak etdi – Foto

Azərbaycanın Bankçılıq Missiyası çərçivəsində ABŞ-yə ilk işgüzar səfər təşkil olunub.

“Ziraat Bank Azərbaycan” ASC-nin İdarə Heyəti sədri Dr.Selçuk Demir də işgüzar səfərdə iştirak edib. Səfər çərçivəsində bir çox maliyyə qurumları ilə təcrübə mübadiləsi məqsədli görüşlər keçirilib və əməkdaşlıq imkanları müzakirə olunub.

Həmçinin ticarətin maliyyələşdirilməsi alətlərinin genişləndirilməsi, maliyyə risklərin dəyərləndirilməsi və idarə olunması, kibertəhlükəsizlik tədbirlərinin möhkəmləndirilməsi, yeni inkişaf trendləri və maliyyə sektorunun digər aktual mövzuları müzakirə edilib.

Qeyd edək ki, səfər Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımovun rəhbərliyi, Azərbaycan Banklar Assosiasiyası və ABŞ-Azərbaycan Ticarət Palatasının təşkilatçılığı ilə baş tutub.

Related posts

AMB-nin departament rəhbəri: Bank sektorunda dayanıqlılığın artırılması prioritetdir – MÜSAHİBƏ

Azərbaycan Mərkəzi Bankı: Kredit reytinq agentlikləri kapital bazarlarının inkişafına təkan verəcək

Bakı Fond Birjasında “Yerli Kapital Bazarlarında Yeniliklər və Gələcək Əməkdaşlıq İmkanları” mövzusunda tədbir keçirilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı