Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Ziraat Bank Azərbaycan Polis İşçilərinin Peşə Bayramı münasibətilə istehlak kreditləri üzrə xüsusi kampaniya təqdim edir! - BBN

Ziraat Bank Azərbaycan Polis İşçilərinin Peşə Bayramı münasibətilə istehlak kreditləri üzrə xüsusi kampaniya təqdim edir!

2 İyul – Polis İşçilərinin Peşə Bayramı münasibətilə Ziraat Bank Azərbaycan tərəfindən polis əməkdaşları üçün istehlak kreditləri üzrə xüsusi kampaniya həyata keçirilir.

Kampaniya çərçivəsində istehlak kreditləri üzrə faiz dərəcələri 10.9%-dən, kredit rəsmiləşdirilməsi komissiyası isə 0.5% təşkil edir.

Polis əməkdaşları 50 000 AZN-dək, əmək haqqının 12 mislinədək, zaminsiz və sığortasız istehlak kreditini filiala yaxınlaşaraq əldə edə bilərlər.

Kampaniya 01.07.2026 – 31.07.2026 tarixləri arasında qüvvədə olacaq.

“Ziraat Bank Azərbaycan” ASC, 162 illik tarixə malik Türkiyə Respublikasının “Ziraat Maliyyə Qrupu”-nun üzvüdür. Bank, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Korporativ və pərakəndə bankçılıq sahəsində müasir məhsul və xidmətləri Bakı, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində yerləşən 11 filialı və Quba şəhərində yerləşən 1 şöbəsi ilə yanaşı, rəqəmsal platformalar üzərindən də müştərilərə xidmət göstərir.

Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumatı Bankın Instagram, X-platforması, Linkedin, YouTube sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

Related posts

“Etibarlı gömrük: şəffaf idarəetmə və ictimai nəzarət mexanizmləri” mövzusunda maarifləndirici tədbir keçirilib

Rabitəbankdan 33 illiyinə özəl “30+3” Lombard kampaniyası

ABB-nin dəstəyi ilə süni intellekt mövzusunda elmi konfrans keçirilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı