Ziraat Bank Azərbaycan VIII Beynəlxalq Bankçılıq Forumunun rəsmi tərəfdaşı oldu

03-04 dekabr 2024-cü il tarixlərində Bakı şəhərində Azərbaycan Banklar Assosiasiyası, Azərbaycan Mərkəzi Bankının təşkilatçılığı, Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiyası Mərkəzinin dəstəyi, həmçinin Mastercard-ın qlobal tərəfdaşlığı ilə VIII Beynəlxalq Bankçılıq Forumu (IBF 2024) keçirildi.

“Etibarlı, Təhlükəsiz və Dayanıqlı Bankçılıq” mövzusunda keçirilən forumun rəsmi tərafdaşlarından biri Ziraat Bank Azərbaycan olub.

İki gün davam edən tədbirdə yerli və beynəlxalq maliyyə qurumlarının rəhbərləri və mütəxəssisləri bir araya gələrək maliyyə və bank sektorundakı innovativ həlləri, rəqəmsallaşma proseslərini, ödəniş ekosistemindəki yenilikləri müzakirə ediblər.
Tədbir maliyyə texnologiyalarında gələcək tendensiyalara dair fikir mübadiləsi üçün geniş platforma yaradıb.

Forumda iştirak edən Ziraat Bank Azərbaycan, tədbirə verdiyi dəstəyə görə Azərbaycan Banklar Assosiasiyası tərəfindən mükafata layiq görülüb.

“Ziraat Bank Azərbaycan” ASC, 161 illik tarixə malik Türkiyə Respublikasının “Ziraat Maliyyə Qrupu”-nun üzvüdür. Bank, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Korporativ və pərakəndə bankçılıq sahəsində müasir məhsul və xidmətləri Bakı, Gəncə və Sumqayıtda yerləşən 9 filialı, eləcə də rəqəmsal platformalar vasitəsilə təqdim edir.

Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumatı Bankın Facebook, Instagram, Twitter, Linkedin, YouTube sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

 

 

Related posts

Polşa Banklar Assosiasiyası və Azərbaycan Banklar Assosiasiyası arasında Memorandum imzalanmışdır

Yelo Bank əməkdaşları üçün təşkil edilmiş liderlik proqramı başa çatdı!

ABB Biz-də qeydiyyatdan keçib Mobil POS istifadə et, kiçik biznes üçün 9%-lə kredit al!

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı