Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Ziraat Bank Azərbaycan “Yaşıl ASAN” ekoloji proqramına qoşulub - BBN

Ziraat Bank Azərbaycan “Yaşıl ASAN” ekoloji proqramına qoşulub

Daima korporativ sosial məsuliyyət layihələrinə və ekoloji təşəbbüslərə önəm verən Ziraat Bank Azərbaycan, ətraf mühitin qorunması məqsədilə ASAN könüllülərinin “Yaşıl ASAN” ekoloji proqramına qoşulub.

Bu təşəbbüs dövlət xidmətlərində və bank əməliyyatlarında istifadə olunan kağız resurslarının daha səmərəli idarə olunmasını və ətraf mühitin qorunmasına töhfə verilməsini hədəfləyir. Əməkdaşlıq çərçivəsində, Ziraat Bank Azərbaycana məxsus baş ofisi və filiallarında ətraf mühitin mühafizəsi, kağız israfının qarşısının alınması və təkrar emal prosesinin təşviqi məqsədilə kağız tullantılarının toplanması üçün xüsusi təkrar emal qutuları yerləşdirilib. Toplanmış kağız materialları Ziraat Bank Azərbaycan tərəfindən “Yaşıl ASAN” ekoloji proqramına təhvil verilir və oradan təkrar emal müəssisələrinə göndərilir. Bu layihə həmçinin ictimai maarifləndirmə məqsədi daşıyır və vətəndaşlar arasında “Yaşıl Ofis” mədəniyyətinin təşviqini hədəfləməklə yanaşı ağacların qorunmasına, ekoloji tarazlığın saxlanılmasına və əhalidə ekoloji məsuliyyət hissinin artırılmasına yönəlir.

Qeyd etmək lazımdır ki, Bank artıq 400 kiloqramdan çox kağız tullantısını təkrar emal məqsədilə “Yaşıl ASAN” ekoloji proqramına təhvil verib. Bankın ekoloji məsuliyyətini əks etdirən bu əməkdaşlıq, Ziraat Bank Azərbaycanın davamlı inkişaf strategiyasının bir hissəsidir və “Ətraf mühitə dəyər verək” şüarı ilə həyata keçirilir.

Ziraat Bank Azərbaycan ASC, 161 illik tarixə malik Türkiyə Respublikasının “Ziraat Maliyyə Qrupu”-nun üzvüdür. Bank, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Korporativ və pərakəndə bankçılıq sahəsində müasir məhsul və xidmətləri Bakı, Gəncə və Sumqayıtda yerləşən 11 filialı, Quba şöbəsi və eləcə də rəqəmsal platformalar vasitəsilə təqdim edir.

Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumatı Bankın Instagram, X-platforması, Linkedin, YouTube sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

 

Related posts

ADB Azərbaycanda 2026-cı il üçün inflyasiya proqnozunu yüksəldib

ADB Azərbaycanın tədiyyə balansı üzrə 2026–2027-ci illər üçün proqnozlarını açıqlayıb

ABA və Mərkəzi Bank nümayəndələri Yaponiyanın Mərkəzi Bankı (BOJ) ilə rəqəmsal maliyyə texnologiyaları üzrə görüşlər keçirib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı