“Ziraat Bank Azərbaycan” ASC-də Komplayens departamentinə direktor təyin edilib.
Bu vəzifə Kənan Əlisoya həvalə olunub.
Kənan Əlisoy ali təhsilini Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), Inholland University of Applied Sciences və University of Amsterdam – Amsterdam Business School-da bakalavr pilləsi üzrə alıb. Daha sonra o, ADA University-də Biznesin İdarəedilməsi üzrə MBA, Università degli Studi di Bergamo-da Beynəlxalq Təhlükəsizlik üzrə magistratura (2020–2021) və The University of Manchester-də İdarəetmə, Risk və Uyğunluq (GRC) üzrə magistratura dərəcəsini tamamlayıb.
Qeyd edək ki, yeni təyinat bankın komplayens və risklərin idarə olunması sahəsində fəaliyyətinin gücləndirilməsinə yönəlib.