Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Ziraat Bank Azərbaycanın Müşahidə Şurasına yeni müstəqil üzv təyin edilib - BBN

Ziraat Bank Azərbaycanın Müşahidə Şurasına yeni müstəqil üzv təyin edilib

Dünyanın bir çox ölkəsində fəaliyyət göstərən “Ziraat Maliyyə Qrupu”-nun tərkib hissəsi olan “Ziraat Bank Azərbaycan” ASC-nin Müşahidə Şurasına yeni müstəqil üzv təyin edilib. Bank səhmdarlarının ümumi yığıncağının qərarına əsasən, Bülent Tekin “Ziraat Bank Azərbaycan” ASC-nin Müşahidə Şurasına müstəqil üzv seçilib. Bu təyinatla birlikdə Bankın Müşahidə Şurasının tərkibi 5 nəfərdən ibarət olub.

Yeni təyin edilən müstəqil üzv Bülent Tekin peşəkar karyerasına 1987-ci ildə T.C. “Ziraat Bankası”-nda başlamışdır. O, 1997-ci ildən etibarən müxtəlif rəhbər vəzifələrdə çalışmış və 2020-ci ildə təqaüdə çıxmışdır.

2025-ci il 9 Aprel tarixindən etibarən Bülent Tekin “Ziraat Bank Azərbaycan” ASC-nin Müşahidə Şurasının müstəqil üzvü kimi fəaliyyətə başlamışdır.

“Ziraat Bank Azərbaycan” ASC, 161 illik tarixə malik Türkiyə Respublikasının “Ziraat Maliyyə Qrupu”-nun üzvüdür. Bank, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Korporativ və pərakəndə bankçılıq sahəsində müasir məhsul və xidmətləri Bakı, Gəncə və Sumqayıtda yerləşən 10 filialı, Quba şöbəsi və eləcə də rəqəmsal platformalar vasitəsilə təqdim edir.

Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumatı Bankın  Instagram, X-platforması, Linkedin, YouTube sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

 

Related posts

Azərbaycan Mərkəzi Bankı-nın Data departamentinə yeni direktor təyin olunub

Azərbaycan Mərkəzi Bankı: Dövriyyədə olan ödəniş kartlarının sayı 22.5 milyonu keçib

Azərbaycan Mərkəzi Bankı: Apreldə ölkədaxili nağdsız ödənişlərin həcmi 9 milyard manatı ötüb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı