Zoom populyarlığını “əldən verir”: Mindən çox işçisi ilə yollarını ayırır, qazancı isə enib

“Remote” işlərin artdığı pandemiya zamanı populyarlıq əldə edən video konfrans platforması Zoom 1.300 işçisi ilə yollarını ayırır. Bu isə onun 15% işçi qüvvəsi deməkdir. Platforma sonuncu dəfə isə istifadəçi artımının və qazancın azaldığının şahidi olub.

BBN.az BBC Business-ə istinadən xəbər verir ki, şirkətin rəhbəri Eric Yuan isə işçilərin maaşlarında da böyük azalmaların olacağının xəbərdarlığını verib. Nəticədə Zoom da texnologiya sektorunda işçi və maaş azalmalarına gedən digər böyük şirkətlərin sırasına qoşulub. 

Qeyd edək ki, Eric Yuan əməkdaşlarına göndərdiyi məktubunda qeyd edib ki, hələ də insanlar və bizneslər Zoom-dan istifadə etməkdədirlər, ancaq iqtisadi qeyri-müəyyənlik şirkətə də təsir edib. 

Related posts

“Milliön” Yevlax Xidmət Mərkəzi yerli əhalinin ixtiyarına verilib

Visa ABB-nin layihələrini mükafatlandırdı

“Uşaq Qaynar Xətti”nə son altı ayda 851 müraciət daxil olub

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı