Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Zukerberqin sərvəti 6 dəfə artıb - BBN

Zukerberqin sərvəti 6 dəfə artıb

“Meta”nın qurucusu Mark Zukerberqin sərvəti “Metaverse” interaktiv virtual məkanının işə salınmasından sonra 6 dəfə artaraq 201 milyard dollara çatıb.

BBN.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Bloomberg Milyarderlər İndeksinə görə, 40 yaşlı Zukerberqin şəxsi sərvəti ilk dəfə olaraq 200 milyard dolları ötüb.

Bildirilir ki, Zukerberq hazırda dünyanın 500 ən zəngin adamı siyahısında İlon Mask, Ceff Bezos və Bernard Arnodan sonra dördüncü yerdədir.

Agentlik qeyd edir ki, iş adamının sərvəti əsasən “Meta Platforms”un rekord yüksək səhm qiyməti sayəsində artıb. Buna görə də Zukerberqin xalis sərvəti iki ildən az müddətdə təxminən altı dəfə artım göstərib.

Related posts

Çip bazarında böyük yüksəliş: “Bank of America” nəhəng istehsalçının hədəf qiymətini artırdı

BAZARLARDA “SPACE” ŞOKU: Maskın trilyonluq IPO-su və dünyanı dəyişdirən sülh ümidləri

Süni intellekt və robot texnologiyaları: İnvestisiya dünyasının yeni lokomotivi!

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı