Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
“Əmək və Məşğulluq” altsistemi uğurlu innovativ həll nümunəsi kimi təqdim edilib - BBN

“Əmək və Məşğulluq” altsistemi uğurlu innovativ həll nümunəsi kimi təqdim edilib

Azərbaycanın sosial sahədə rəqəmsallaşma layihəsinin növbəti beynəlxalq uğuru olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və Məşğulluq” (ƏMAS) altsistemi BMT-nin Cənub-Cənub əməkdaşlığı platformasında uğurlu innovativ həllərdən biri kimi təqdim edilib.

Bu platformanın rəsmi internet səhifəsində BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə doğru üzv ölkələrin qabaqcıl təcrübələri paylaşılır və həmin təcrübələr sırasında ƏMAS-la bağlı ətraflı məlumat da yer alıb (https://my.southsouth-galaxy.org/en/solutions/detail/unified-labour-employment-subsystem).

Dərc olunan məqalədə ƏMAS-ın beynəlxalq standartlara cavab verən, işəgötürənlər və işçilər üçün vahid əmək münasibətləri platforması olaraq əmək bazarı iştirakçılarına dəyərli dəstək verən uğurlu rəqəmsal həll yolu olduğu vurğulanır.

Bu elektron sistemin əmək münasibətlərində şəffaflığın və müasir iş prinsiplərinin təminatında, məşğulluq xidmətlərinin səmərəliliyinin, çevikliyinin və bu xidmətlərə, iş imkanlarına əlçatanlığın artırılmasında, insan resurslarının effektiv idarəçiliyində mühüm rolu qeyd olunur. ƏMAS-ın digər üstünlükləri, funksional imkanları, Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması işlərində əhəmiyyəti  diqqətə çatdırılır.

Bundan əvvəl ƏMAS və Nazirliyin digər rəqəmsal layihəsi olan e-sosial.az portalı Beynəlxalq Telekommunikasiya İttifaqının bu ilin fevral ayında keçirdiyi,  müxtəlif ölkələrdən 18 kateqoriya üzrə 900 layihənin iştirak etdiyi müsabiqədə “Çempion layihə” mükafatlarına da layiq görülüblər.

Related posts

Tələbələr arasında “Vergilər” mövzusunda ümumrespublika olimpiadası keçiriləcək

“ASAN xidmət” təcrübəsinin Tacikistanla paylaşılmasına dair müzakirələr aparılıb

WUF13 çərçivəsində KOB-ların dayanıqlı şəhər inkişafında rolu müzakirə edilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı