Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Əməkhaqqının birgə maliyyələşdirilməsi proqramı üzrə 1926 nəfər işlə təmin edilib - BBN

Əməkhaqqının birgə maliyyələşdirilməsi proqramı üzrə 1926 nəfər işlə təmin edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin icra etdiyi “İşəgötürənlə birgə işçilərin əməkhaqqının maliyyələşdirilməsi” proqramı üzrə son 3 ayda daha 723 şəxsə iş yerlərinə göndəriş verilib.

Həmin şəxslərin bir il ərzində əmək haqlarının bir hissəsi Dövlət Məşğulluq Agentliyi tərəfindən maliyyələşdiriləcək. Bu da qeyd olunan işçilərin məşğulluğunun təminatına şərait yaratmaqla, müvafiq işəgötürənlərə də dəstək məqsədi daşıyır.

2020-ci ilin son aylarında icrasına başlanan proqram üzrə ötən dövrdə 636, o cümlədən bu il 151 işəgötürənlə əməkdaşlığa başlanıb və müqavilələr imzalanıb. Həmin müqavilələr əsasında artıq 1926 nəfər işlə təmin edilib.

Related posts

Gürcüstanda yaşayan vətəndaşlarımızın nəzərinə!

“Azexport” portalı “Caspian Agro Week” və “InterFood Azerbaijan” sərgilərində iştirak edəcək

Birgə açıqlama: NFC ödənişi zamanı hesabdan silinmənin gecikməsi avtorizasiya ilə bağlıdır

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı