Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
AMB sədri Taleh Kazımov ABA-nın 35 illik yubileyi ilə bağlı paylaşım edib - BBN

AMB sədri Taleh Kazımov ABA-nın 35 illik yubileyi ilə bağlı paylaşım edib

“Azərbaycan Banklar Assosiasiyasının (ABA) 35 illik və onun törəmə müəssisəsi olan Azərbaycan Bank və Maliyyə Tədris Mərkəzinin (ABMTM) 25 illik yubileyləri münasibətilə keçirilən tədbirdə çıxış etməkdən məmnun oldum.”

BBN.az xəbər verir ki, bu haqda Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov özünün X platformasında qeyd edib

“Ötən dövr ərzində ABA, bank sektorunun inkişafı və dayanıqlılığının gücləndirilməsi, innovativ həllərin tətbiqi imkanlarının artırılması, həmçinin maliyyə inklüzivliyinin genişləndirilməsi və maarifləndirmə sahələrində mühüm töhfələr verib. Əminəm ki, ABA gələcəkdə də maliyyə sektorunun dayanıqlı inkişafı istiqamətində fəaliyyətini əzmlə davam etdirəcək! ABA və ABMTM kollektivini təbrik edir və gələcəkdə daha böyük nailiyyətlər arzulayıram!”  – deyə AMB rəhbəri əlavə edib.

Related posts

Azərbaycan Banklar Assosiasiyasının nümayəndə heyəti “Money Forward, Inc.” şirkəti ilə görüş keçirib

ABA nümayəndələri Yaponiyanın Zengin-Net ödəniş sistemi ilə tanış olub

AİB: Azərbaycanın cari əməliyyatlar hesabında profisit azalacaq

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı