Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Yanvarda Azərbaycan–Aİ ticarəti 32 % azalıb, dövriyyə 1,78 mlrd. dollar olub - BBN

Yanvarda Azərbaycan–Aİ ticarəti 32 % azalıb, dövriyyə 1,78 mlrd. dollar olub

Bu ilin yanvar ayında Azərbaycan ilə Avropa İttifaqı (Aİ) ölkələri arasında ticarət dövriyyəsinin dəyəri 1 milyard 781 milyon 262 min ABŞ dolları təşkil edib.

Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 32 % azdır.

Hesabat dövründə Azərbaycanın Aİ ölkələrinə ixracı 33,6 % azalaraq 1 milyard 596 milyon 934 min ABŞ dolları, ittifaq ölkələrindən idxalı isə 13,4 % azalaraq 184 milyon 328 min ABŞ dolları olub. Yanvarda Aİ ölkələrinin Azərbaycanın ümumi ixracında payı 71,4 %, ümumi idxalında payı isə 14,15 % təşkil edib.

Ay ərzində Azərbaycanın Aİ məkanında ən çox ticarət dövriyyəsi formalaşdırdığı ölkələr İtaliya, Rumıniya, Almaniya, BolqarıstanYunanıstan olub.

İtaliya ilə ticarət dövriyyəsi 1 milyard 230 milyon 394 min ABŞ dolları təşkil edib. Bunun 1 milyard 186 milyon 941 min dolları ixracın, 43 milyon 453 min dolları isə idxalın payına düşüb. Son bir ildə bu istiqamətdə dövriyyə 14,1 %, o cümlədən ixrac 15 % azalıb, idxal isə 13,9 % artıb.

Rumıniya ilə ticarət dövriyyəsi 100 milyon 966 min ABŞ dolları olub. Bunun 96 milyon 939 min dolları ixracın, 4 milyon 27 min dolları idxalın payına düşüb. Son bir ildə ümumi dövriyyə 12,2 %, ixrac 8,8 %, idxal isə 55 % azalıb.

Almaniya ilə ticarət dövriyyəsi 94 milyon 919 min ABŞ dolları təşkil edib. Bunun 49 milyon 406 min dolları ixracın, 45 milyon 512 min dolları idxalın payına düşüb. Son bir ildə dövriyyə 66,5 %, ixrac 78,4 %, idxal isə 17,4 % azalıb.

Bolqarıstanla ticarət dövriyyəsi 86 milyon 872 min ABŞ dolları olub. Bunun 85 milyon 822 min dolları ixracın, 1 milyon 50 min dolları idxalın payına düşüb. Son bir ildə bu istiqamətdə dövriyyə 34,2 %, o cümlədən ixrac 38,6 % artıb, idxal isə 63 % azalıb.

Yunanıstanla ticarət dövriyyəsi isə 55 milyon 72 min ABŞ dolları təşkil edib. Bunun 45 milyon 938 min dolları ixracın, 9 milyon 134 min dolları idxalın payına düşüb. Son bir ildə bu istiqamətdə dövriyyə 48 %, ixrac 53 % azalıb, idxal isə 6 % artıb.

Related posts

Azərbaycan–Türkiyə Preferensial Ticarət Sazişinin əhatə dairəsi genişləndirilir

Azərbaycan–Türkiyə Preferensial Ticarət Sazişinin əhatə dairəsi genişləndiriləcək

Asiya İnkişaf Bankı 2026-cı il üzrə təcrübə proqramına müraciətləri açıq elan edib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı