Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Azərbaycan–Türkiyə Preferensial Ticarət Sazişinin əhatə dairəsi genişləndiriləcək - BBN

Azərbaycan–Türkiyə Preferensial Ticarət Sazişinin əhatə dairəsi genişləndiriləcək

Azərbaycan ilə Türkiyə arasında imzalanmış Preferensial Ticarət Sazişinin əhatə dairəsinin genişləndirilməsi barədə razılıq əldə olunub.

Bunu Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib.

Nazirin sözlərinə görə, məsələ Gürcüstan–Azərbaycan–Türkiyə biznes-forumu çərçivəsində Ömər Bolat ilə keçirilən görüşdə müzakirə edilib.

“Dost ölkə ilə iqtisadi tərəfdaşlığın dərinləşdirilməsi, ticarət dövriyyəsinin və investisiyaların davamlı olaraq artırılması, biznes əlaqələrinin təşviqi üzrə hüquqi bazanın təkmilləşdirilməsi, enerji, sənaye istehsalı, nəqliyyat, logistika, turizm və digər sahələrdə qarşılıqlı fəaliyyətin gücləndirilməsi haqqında fikir mübadiləsi apardıq”, – deyə nazir qeyd edib.

Related posts

Amazon süni intellekt bölməsində ixtisarlara gedir

IBM-in gəliri artıb, səhm başına mənfəəti azalıb

“Alphabet”in gəliri 24% artaraq 119,8 milyard dollara çatıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı