Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
2022-ci ilin ilk 2 ayında qeyri-neft sektorunun bütün sahələrində iqtisadi artım qeydə alınmışdır - BBN

2022-ci ilin ilk 2 ayında qeyri-neft sektorunun bütün sahələrində iqtisadi artım qeydə alınmışdır

2022-ci ilin ilk 2 ayında ümumi daxili məhsul real ifadədə 6.7%, o cümlədən qeyri-neft sektoru üzrə 10.1% artmışdır. Qeyr-neft sektorunun bütün sahələrində iqtisadi artım qeydə alınmışdır. İqtisadi artım qeyri-neft sənayesində 19.8%, kənd təsərrüfatında 3.1%, tikintidə 6.5% olmuşdur. Ümumilikdə, 2022-ci ilin yanvar-fevral aylarında iqtisadi artım qeyri neft-qaz sektorunun ticari sahələrində 14%, qeyri-ticari sahələrində isə 9.2% təşkil etmişdir.

Məcmu tələbdə 2021-ci ildən başlanan genişlənmə cari ildə davam edir. 2022-ci ilin ilk 2 ayında pərakəndə ticarət dövriyyəsi 3%, əhaliyə göstərilən ödənişli xidmətlərin həcmi isə 5% artmışdır. İnvestisiyaların 2 ayda ümumi dəyişimi neqativ olsa da (2.1%) qeyri-neft investisiyalarının artımı 12.1% təşkil etmişdir. İlin sonuna əsasən dövlət investisiyaları hesabına investisiya tələbinin tam bərpası gözlənilir.

Mərkəzi Bank tərəfindən aparılan real sektorun monitorinqinin nəticələri əsasında hesablanan qabaqlayıcı indikatorlar iqtisadi aktivliyin qorunacağı gözləntilərini əks etdirir. Belə ki, fevralda qeyri-neft sənayesi üzrə istehsal gözləntiləri, ticarətdə satışlar üzrə gözlənti və xidmətdə tələb gözləntisi əvvəlki ayla müqayisədə yüksəlmişdir.

Ötən iclasdan bəri epidemioloji vəziyyətin nisbətən yaxşılaşması və karantin məhdudiyyətlərinin əlavə yumşaldılmasının iqtisadi aktivliyə müsbət təsir edəcəyi gözlənilir. Cari və orta müddətli dövrə iqtisadi artım proqnozunun reallaşmasına geosiyasi böhranın aradan qalxması tezliyi də təsir edəcəkdir. 

Related posts

Hürmüzdə Gərginlik: ABŞ Blokadasını Yaran Çin Tankeri və “Sanksiya Sınağı”

Səudiyyə Ərəbistanından Pakistana 3 Milyard Dollarlıq Dəstək: İslamabada Nəfəslik Verən Razılaşma

BVF-dən Qlobal Xəbərdarlıq: Regional Münaqişələr Dünya İqtisadiyyatının Artım Tempini Zəiflədir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı