2023-cü ildə kriptonun gələcəyi ilə bağlı proqnozlar

Təsəvvür edin ki, bir il öncəyə qayıtmısınız və həmin zaman Bitcoin-in qiyməti 50.000 dollar ətrafında cərəyan edir. İdman buraxılışlarını kripto reklamları olmadan izləyə bilmirsiniz, bir çox insanlar məhz bu sektordan varlanıb. Ancaq 2022-ci ildə baş verən iqtisadi proseslər kripto bazara təsir etdi və gözlənilməz nəticələr müşahidə etdik. Ona görə də proqnozlar hər zaman özünü doğrultmaya bilər. Aşağıda isə sektor ilə bağlı insanların 2023-cü ilə aid proqnozlarını bölüşürük. Proqnozlar fintechnews.org-dan əldə edilib. 

  • Kripto bazarı qanunla tənzimlənə bilər

“2023, nəhayət ki, kripto bazarının qanunlarla tənzimlənməsi üçün bir il ola bilər”. Bu haqda “Unchained” podkastının yaradıcısı Laura Shin deyib.  

  • Web3 platformaları inkişaf etməyə davam edəcək

Böyük makroiqtisadi enmələrin kripto bazara mənfi təsirləri dəyişilə bilər. Bu isə sadə dildə desək, daha çox Web3 sosial platformaları və protokolları deməkdir. 

  • Daha çox itki, daha çox ağrı

 “Crypto Critics’ Corner” podkast verilişinin həmtəsisçisi Cas Piancey isə bu fikirdədir ki, sektor ilə bağlı mənfi proseslər sona çatmayıb və bu hal 2023-cü ildə də davam edəcək. O, deyir ki, şirkətlər, banklar və s. ümid edirlər ki, FTX-in müflis olması və CEO-sunu həbs edilməsi ilə bağlı mənfi hallar geridə qalacaq: “İstəyirsiniz xoşunuza gəlsin, istəyirsiniz gəlməsin, amma daha çox ağrı olacaq”. 

  • Qlobal dünyada bitkoin-ə marağın artması

“Human Rights Foundation”dən Alex Gladstein bildirir ki, dünyada bir sıra kripto ilə məşğul olan sahibkarlar ilə tanış oldum və bu tendensiya 2023-cü ildə də artmağa davam edəcək. 

  • Kripto, bitkoin, blokçeyndən başqa məsələlərə fokus olmaq

 “What Bitcoin Did” podkastının yaradıcısı isə bu fikirdədir ki, bəlkə də 2023-cü ildə kripto, bitkoin, blokçeyndən başqa məsələlərə fokus olmaq lazımdır. 

  • Web3 daha cəlbedici olacaq

Biz bəlkə görə bildik ki, blokçeyn bizə AI və insan tərəfindən yaradılan kontentin fərqlərini görməyə kömək olacaq. 

  • 2023-cü ildə NFT-nin inkişafını görə bildik

Növbəti ildə Web3 və Web2 şirkətlərindən NFT investisiyalarını müşahidə edə bilərik və bu trend artıq başlayıb. Bəlkə də, sektor 2023-cü ildə ilk canlanan sahələrdən olacaq. 

Related posts

Şərq Tərəfdaşlığı ölkələrinin İKT və kibertəhlükəsizlik assosiasiyaları arasında əməkdaşlıq imkanları müzakirə edilib

Smartfon bazarı süni intellektin təsiri ilə 6 faiz böyüdü

Ölkədə 2,7 milyon təsərrüfatın genişzolaqlı internetə çıxışı təmin olunub

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı