2023-cü ilin yanvar-sentyabr ayları ərzində ölkəmizdə 61.393 daşınmaz əmlak üzrə ipoteka müqaviləsi qeydə alınıb

2023-cü ilin yanvar-sentyabr ayları ərzində ölkəmizdə 61.393 daşınmaz əmlak üzrə ipoteka müqaviləsi qeydə alınıb. Bu, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 10.046 ədəd və ya 19,6% çoxdur.


2023-cü ilin yanvar-sentyabr
 ayları ərzində ən çox girov qoyulan daşınmaz əmlaklar

Azərbaycanda girov qoyulan əmlaklar sırasında mənzillər, torpaq sahələri və fərdi yaşayış evləri üstünlük təşkil edir. Ən çox girov qoyulan daşınmaz əmlak isə mənzildir. Belə ki, 2023-cü ilin 9 ayı ərzində 35.248 mənzil üzrə ipoteka müqaviləsi bağlanılıb. Bu dövrdə girov qoyulmuş ümumi 61.393 əmlakdan isə 11.921-i torpaq sahəsinin, 8.768-ü isə fərdi yaşayış evinin payına düşür. 

2023-cü ilin yanvar-sentyabr ayları ərzində daşınmaz əmlak növləri üzrə ipoteka müqavilələri

Əmlak növləri Müqavilə sayı Ümumi göstəricidə payı (faizlə)
Mənzil 35.248 57,4%
Torpaq sahəsi 11.921 19,4%
Fərdi yaşayış evi 8.768 14.3%
Qeyri-yaşayış sahəsi 2.059 3,4%
Qeyri-yaşayış binası 1.700 2,8%
Bağ evi 1.129 1,8%
Digər 568 0,9%
Ümumi 61.393 100,0%

 Daşınmaz əmlak üzrə ən çox ipoteka müqaviləsi paytaxt Bakıda bağlanıb

Bu ilin 9 ayı ərzində paytaxtda ümumilikdə 32.484  ipoteka müqaviləsi bağlanılıb ki, bu da ölkə üzrə ümumi göstəricinin 52,9%-ni təşkil edir. Bakıdan sonra ən çox ipotekanın dövlət qeydiyyatı Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 4 saylı Abşeron (8.427 müqavilə), 2 saylı Sumqayıt (3.318 müqavilə), 5 saylı Xaçmaz (3.000 müqavilə) və 3 saylı Gəncə ərazi idarələrində (2.722 müqavilə) aparılıb. Bu, həmin bölgələrdəki iqtisadi aktivliyin göstəricilərindən biri kimi də qiymətləndirilə bilər.

İpoteka müqavilələrinin sayına görə ərazi idarələrinin siyahısı

Sıra № Ərazi idarələri İpoteka müqaviləsinin ümumi sayı Ölkə üzrə göstəricidə payı

(faizlə)

1. 1 saylı Bakı Ərazi İdarəsi 32.484 51,4%
2. 4 saylı Abşeron Ərazi İdarəsi 8.427 14,%
3. 2 saylı Sumqayıt Ərazi İdarəsi 3.318 5,3%
4. 5 saylı Xaçmaz Ərazi İdarəsi 3.000 5,2%
5. 3 saylı Gəncə Ərazi İdarəsi 2.722 4,5%
6. 9 saylı Qəbələ Ərazi İdarəsi 1.407 2,8%
7. 17 saylı Yevlax Ərazi İdarəsi 1.173 2,0%
8. 13 saylı Şirvan Ərazi İdarəsi 1.144 1,9%
9. 7 saylı Bərdə Ərazi İdarəsi 1.136 1,8%
10. 11 saylı Şəmkir Ərazi İdarəsi 919 1,7%
11. 14 saylı Şamaxı Ərazi İdarəsi 870 1,4%
12. 6 saylı Beyləqan Ərazi İdarəsi 861 1.4%
13. 10 saylı Lənkəran Ərazi İdarəsi 808 1,4%
14. 12 saylı Şəki Ərazi İdarəsi 778 1,2%
15. 15 saylı Tovuz Ərazi İdarəsi 710 1,2%
16. 8 saylı Cəlilabad Ərazi İdarəsi 623 1,0%
17. 18 saylı Zaqatala Ərazi İdarəsi 508 0,9%
18. 16 saylı Ucar Ərazi İdarəsi 505 0,9%
Ölkə üzrə 61.393 100,0%

Mənzillərin ən çox girov qoyulduğu bölgələr

2023-cü ilin yanvar-sentyabr ayları ərzində ölkədə mənzillərin ən çox girov qoyulduğu ərazilər Bakı, Abşeron və Sumqayıtdır. Girov qoyulan mənzillərin 93,4%-i bu 3 ərazi idarəsinin payına düşür. Mənzillərin ən az girov qoyulduğu bölgələr isə 9 saylı Qəbələ (13 müqavilə), 14 saylı Şamaxı (21 müqavilə) və 11 saylı Şəmkir (24 müqavilə) ərazi idarələridir.

Mənzillərin ən çox girov qoyulduğu ərazi idarələrinin siyahısı

Sıra № Ərazi idarələri İpoteka müqaviləsinin sayı Ölkə üzrə göstəricidə payı

(faizlə)

1. 1 saylı Bakı Ərazi İdarəsi 25.398 72,1%
2. 4 saylı Abşeron Ərazi İdarəsi 5.339 15,1%
3. 2 saylı Sumqayıt Ərazi İdarəsi 2.174 6,2%
4. 3 saylı Gəncə Ərazi İdarəsi 1.086 3,1%
5. 17 saylı Yevlax Ərazi İdarəsi 416 1,2%
6. 13 saylı Şirvan Ərazi İdarəsi 255 0,7%

Fərdi yaşayış evlərinin ən çox girov qoyulduğu bölgələr

2023-cü ilin 9 ayı ərzində girov qoyulan fərdi yaşayış evlərinin sayına görə də paytaxt Bakı ilk yeri tutur. Bununla belə, bölgələrdə də bu kateqoriya üzrə aktivlik müşahidə olunur. Belə ki, bölgələrdə fərdi yaşayış evlərinin ən çox girov qoyulduğu ərazilər 3 saylı Gəncə, 5 saylı Xaçmaz, 7 saylı Bərdə və 10 saylı Lənkəran ərazi idarələrinin əhatə etdiyi rayonlardadır.

Fərdi yaşayış evlərinin ən çox girov qoyulduğu ərazi idarələrinin siyahısı

Sıra № Ərazi İdarələri İpoteka müqaviləsinin sayı Ölkə üzrə göstəricidə payı

(faizlə)

1. 1 saylı Bakı Ərazi İdarəsi 2.479 28,3%
2. 4 saylı Abşeron Ərazi İdarəsi 1.484 16,9%
3. 3 saylı Gəncə Ərazi İdarəsi 773 8,8%
4. 5 saylı Xaçmaz Ərazi İdarəsi 479 5,5%
5. 7 saylı Bərdə Ərazi İdarəsi 426 4,9%
6. 10 saylı Lənkəran Ərazi İdarəsi 347 4,0%

Torpaq sahələrinin ən çox girov qoyulduğu bölgələr

Hesabat dövrü ərzində ən çox torpaq sahəsinin girov qoyulduğu ərazilər sırasında ilk üçlüyü müvafiq olaraq 5 saylı Xaçmaz, 1 saylı Bakı və 4 saylı Abşeron ərazi idarələri tamamlayır. Torpaqların ən az girov qoyulduğu bölgələr isə 16 saylı Ucar (166 müqavilə) və 8 saylı Cəlilabad (176 müqavilə) ərazi idarələrinin əhatə etdiyi rayonlardır.

Torpaq sahələrinin ən çox girov qoyulduğu ərazi idarələrinin siyahısı

Sıra № Ərazi idarələri İpoteka müqaviləsinin sayı Ölkə üzrə göstəricidə payı

(faizlə)

1. 5 saylı Xaçmaz Ərazi İdarəsi 2.308 19,4%
2. 1 saylı Bakı Ərazi İdarəsi 1.396 11,7%
3. 4 saylı Abşeron Ərazi İdarəsi 1.297 10,9%
4. 9 saylı Qəbələ Ərazi İdarəsi 1.144 9,6%
5. 14 saylı Şamaxı Ərazi İdarəsi 670 5,6%
6. 3 saylı Gəncə Ərazi İdarəsi 612 5,1%

Related posts

Dövlət Agentliyinin sədri vətəndaşları qəbul edib

İİTKM-də Yerin təkinin geoloji öyrənilməsinə dair Dövlət Proqramı müzakirə edilib

Azərbaycan Sahibkarlar Konfederasiyasının Belarus Respublikası üzrə nümayəndəsi təyin olundu

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı