Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Azərbaycan Banklar Assosiasiyası Asiya Maliyyə Əməkdaşlığı Assosiasiyasının (AFCA) üzvü oldu - BBN

Azərbaycan Banklar Assosiasiyası Asiya Maliyyə Əməkdaşlığı Assosiasiyasının (AFCA) üzvü oldu

Azərbaycan Banklar Assosiasiyası (ABA) 10 avqust 2026-cı il tarixindən etibarən Asiya Maliyyə Əməkdaşlığı Assosiasiyasının (Asian Financial Cooperation Association – AFCA) rəsmi üzvü olub.

ABA-nın AFCA-ya üzvlüyü 10 avqust 2026-cı il tarixində keçirilmiş AFCA İcraiyyə Şurasının 3-cü Konfransında təsdiqlənib. Bununla da Azərbaycan Banklar Assosiasiyası AFCA ailəsinə qoşularaq Asiya və digər regionların maliyyə sektorunu təmsil edən qurumlarla əməkdaşlıq imkanlarını genişləndirib.

2017-ci ildə təsis edilmiş Asiya Maliyyə Əməkdaşlığı Assosiasiyası (AFCA) maliyyə sektorunun müxtəlif iştirakçıları arasında əməkdaşlıq və təcrübə mübadiləsini təşviq edən beynəlxalq platformadır. AFCA-nın rəsmi məlumatına əsasən, təşkilat 31 ölkə və regiondan 120-dən çox üzvü birləşdirir və maliyyə sektorunda regional əməkdaşlığın və əlaqələrin inkişafına xidmət edir.
ABA-nın AFCA-ya üzvlüyü Azərbaycan bank sektorunun beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsi, regional maliyyə qurumları ilə əlaqələrin inkişaf etdirilməsi və qabaqcıl beynəlxalq təcrübələrin ölkəmizdə tətbiqi baxımından mühüm əhəmiyyət daşıyır.

Üzvlük çərçivəsində ABA-nın AFCA-nın tədbirlərində, işçi platformalarında və digər əməkdaşlıq təşəbbüslərində fəal iştirakı, həmçinin Azərbaycan bank sektorunun regional və beynəlxalq səviyyədə daha geniş şəkildə təmsil olunması nəzərdə tutulur.

Related posts

Azərbaycan və Özbəkistan prezidentlərinin iştirakı ilə “ABB Davr” Bank layihəsinin açılışı oldu!

Mikro biznes krediti artıq həm Birbank-da, həm Birbank Biznes-də əlçatandır

5 limitlə işləriniz dayanmasın

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı