Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
“2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası” qəbul olunmuşdur - BBN

“2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası” qəbul olunmuşdur

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti tərəfindən “2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası” təsdiq olunmuşdur.

Strategiya ölkəmizdə sığorta, kapital bazarları və ödəniş sektorlarının inkişafı, habelə bank sektorunun dayanıqlığının daha da gücləndirilməsi kimi prioritetləri ehtiva edir. Burada maliyyə inklüzivliyinin genişləndirilməsi, maliyyə xidmətlərinin əhatəliliyinin artırılması və maliyyə alətlərinin şaxәlәndirilməsi, sektorda sәmәrәliliyin yüksəldilməsi, korporativ idarәetmәnin tətbiqi, habelə şәffaflıq və dayanıqlığının gücləndirilməsi kimi strateji məqsədlər öz əksini tapır.

Strategiya sənədi həmçinin hər sektorun ehtimal olunan bazar potensialını, Mərkəzi Bankın müvafiq keyfiyyət tələblərini və risk əsaslı nəzarət mexanizmlərini, rəqəmsal maliyyə, dayanıqlı maliyyə, peşəkar inkişaf və əhalinin maliyyə biliklərinin artırılması kimi istiqamətləri müəyyən edir.

“2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası”-nın hədəflərinə nail olunması ölkədə makroiqtisadi və maliyyə sabitliyinə töhfə verəcək, vətəndaşların güclü və dayanıqlı maliyyə sistemindən faydalanmaq imkanlarını daha da artıracaqdır.

Strategiyanın icrası barədə məlumat illik əsasda ictimaiyyətə təqdim olunacaqdır.

Strategiya sənədinin əhatəli icmalı ilə bu keçiddən istifadə etməklə tanış ola bilərsiniz:

2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası

Related posts

ADB Azərbaycanda 2026-cı il üçün inflyasiya proqnozunu yüksəldib

ADB Azərbaycanın tədiyyə balansı üzrə 2026–2027-ci illər üçün proqnozlarını açıqlayıb

ABA və Mərkəzi Bank nümayəndələri Yaponiyanın Mərkəzi Bankı (BOJ) ilə rəqəmsal maliyyə texnologiyaları üzrə görüşlər keçirib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı