Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Son bir ildə 17,4 min şəxs üçün özünüməşğulluq proqramı üzrə kiçik təsərrüfatlar yaradılıb - BBN

Son bir ildə 17,4 min şəxs üçün özünüməşğulluq proqramı üzrə kiçik təsərrüfatlar yaradılıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən icra olunan özünüməşğulluq proqramına ötən il 17,4 min şəxs cəlb olunaraq onlar üçün kənd təsərrüfatı, istehsal və xidmət sahələri üzrə kiçik təsərrüfatlar yaradılıb.

Həmin şəxslərdən 339 nəfəri şəhid ailələrinin üzvləri, 1695 nəfəri müharibə iştirakçıları, 1408 nəfəri əlilliyi olan, o cümlədən 320 nəfəri müharibə ilə əlaqədar əlilliyi olan  şəxslər, 1246 nəfəri keçmiş məcburi köçkünlər, 2973 nəfəri gənclər olub.

Ümumilikdə ötən dövrdə 78,7 min nəfər özünüməşğulluq proqramına cəlb olunub.

Proqrama cəlb olunan şəxslər ilk olaraq təlimlərdə iştirak edir, qiymətləndirilməsi aparılır və  biznes planlarına uyğun olaraq mal və materiallar formasında aktivlər verilməklə, onlar üçün kiçik ailə təsərrüfatları yaradılır.

Related posts

Sahibkarlar “INNOPROM.Belarus” sərgisinə dəvət olunurlar

Mərkəzi Bank tərəfindən Gəncə şəhərində keçirilən vətəndaş qəbullarının əlçatanlığı artırılır

Tələbələr arasında “Vergilər” mövzusunda ümumrespublika olimpiadası keçiriləcək

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı