Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
2024-cü ilin yanvar-mart aylarında daha 50,9 min pensiya, müavinət və təqaüd proaktiv qaydada təyin olunub - BBN

2024-cü ilin yanvar-mart aylarında daha 50,9 min pensiya, müavinət və təqaüd proaktiv qaydada təyin olunub

Bu ilin I rübü ərzində daha 50,9 min pensiya, müavinət və təqaüd təyinatı elektron sistemlər üzərindən proaktiv qaydada həyata keçirilib. Onlardan  11,9 mini pensiya, 39 mini müavinət və təqaüd təyinatları olub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2019-cu ilin əvvəlindən başlayaraq sosial təminat növləri üzrə ödənişlərin təyinatı elektronlaşdırılıb.

Proaktiv təyinat mexanizmi vətəndaşların sosial təminat növlərinə hüquqları yarandığı halda müraciət olunmadan və sənəd təqdim edilmədən müvafiq sosial ödənişlərin təyinatının e-sistem üzərindən avtomatik şəkildə həyata keçirilməsinə imkan verir.

Related posts

Azərbaycanda 4 ayda fərdi uçota 45 nəfər düşüb

Milli Ödəniş Sistemləri ilə aparılan əməliyyatların həcmi açıqlanıb

2026-cı ilin I rübündə sığortaedənlərin sayı 2,2 milyon vahiddən çox olub

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı