Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
2025-ci ildə Azərbaycanın MDB ölkələri ilə ticarət dövriyyəsi 10 faizdən çox artıb - BBN

2025-ci ildə Azərbaycanın MDB ölkələri ilə ticarət dövriyyəsi 10 faizdən çox artıb

Azərbaycanın MDB ölkələri ilə iqtisadi-ticari əlaqələri durmadan güclənir və müsbət dinamika nümayiş etdirir.

Bu barədə Baş nazir Əli Əsədov Aşqabadda keçirilən Müstəqil Dövlətlər Birliyi (MDB) Hökumət Başçıları Şurasının iclasında bildirib.

O, Azərbaycanla MDB üzv dövlətləri arasında ticarət dövriyyəsinin 2025-ci ildə 10 faizdən çox artdığını qeyd edib. Hökumət başçısı diqqətə çatdırıb ki, ölkənin sənaye, kənd təsərrüfatı, nəqliyyat və logistika, yüksək texnologiyalar sahələri durmadan inkişaf edir.

O, yaşıl enerjinin inkişafının dövlət siyasətinin əsas prioriteti olaraq qaldığını vurğulayıb. “Genişmiqyaslı bərpaolunan enerji layihələri təkcə ətraf mühitin dayanıqlılığının gücləndirilməsinə deyil, həm də ölkənin investisiya və ixrac potensialının genişləndirilməsinə xidmət edir”, – deyə Əli Əsədov bildirib.

Baş nazir, həmçinin qeyd edib ki, Qarabağ bölgəsinin bərpasına hazırda xüsusi diqqət yetirilir və burada prinsipcə yeni davamlı inkişaf modeli tətbiq olunur. O, bölgədə yaşıl enerji zonalarının yaradıldığını, müasir infrastruktur həllərinin, innovativ texnologiyaların, “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının tətbiq olunduğunu bildirib.

Əli Əsədov əlavə edib ki, artıq Qarabağ bölgəsi iqtisadi fəaliyyət, investisiya və davamlı inkişaf üçün vacib məkana çevrilir.

Related posts

Çinin valyuta ehtiyatları may ayında maksimuma çatıb

Bu il dövlət büdcəsinin gəlirləri proqnozu üstələyib

Kartınız bir anda boşaldıla bilər: Fırıldaqçılardan qorunmağın ən sadə yolu açıqlandı

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı