
2026-cı ildə Azərbaycanda əhalinin gəlirlərinin 97,4 milyard manat olacağı proqnozlaşdırılır. Maliyyə Nazirliyinin məlumatına görə, gəlirlər 2027-ci ildə 105,3 milyard, 2028-ci ildə 113,4 milyard, 2029-cu ildə isə 123,2 milyard manata çatacaq.
BBN.az xəbər verir ki, əhalinin xərcləri isə növbəti illərdə belə proqnozlaşdırılır:
-
2026: 95,5 milyard manat
-
2027: 103,3 milyard manat
-
2028: 111,2 milyard manat
-
2029: 120,6 milyard manat
Qeyd edək ki, 2025-ci ilin yanvar–avqust aylarında ölkə əhalisinin nominal gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 7,4% artaraq 57,94 milyard manat təşkil edib.





