Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
AMB könüllü sığorta növləri üzrə zəmanət sxeminin tətbiqini nəzərdən keçirir - BBN

AMB könüllü sığorta növləri üzrə zəmanət sxeminin tətbiqini nəzərdən keçirir

Azərbaycan Mərkəzi Bankı (AMB) 2026-cı ilin sonunadək könüllü sığorta növləri üzrə genişləndirilmiş zəmanət sxeminin tətbiqi ilə bağlı təkliflərin hazırlanmasını planlaşdırır.

Bildirilib ki, sözügedən təşəbbüs 2024–2026-cı illər üzrə Maliyyə Sektorunun İnkişafı Strategiyasında nəzərdə tutulan tədbirlərdən biridir.

Mərkəzi Bankın açıqlamasına görə, yeni mexanizm sığorta müştərilərinin hüquqlarının müdafiəsi sisteminin gücləndirilməsinə xidmət edəcək. Zəmanət sxeminin tətbiqi nəticəsində sığorta şirkəti ödəmə qabiliyyətini itirdiyi halda, sığorta hadisələri üzrə tələblərin müəyyən hissəsinin qarşılanması və ya mövcud müqavilələrin digər sığortaçıya ötürülməsi yolu ilə onların davamlılığının təmin olunması mümkün ola bilər.

AMB qeyd edib ki, bu yanaşma sığorta bazarına inamın artırılmasına, həmçinin maliyyə sabitliyinin möhkəmləndirilməsinə töhfə verəcək.

Məlumata əsasən, strategiyanın icrası çərçivəsində 2026-cı il ərzində beynəlxalq təcrübənin öyrənilməsi, zəmanət sxeminin tətbiqinin mümkünlüyü ilə bağlı iqtisadi və texniki əsaslandırmanın hazırlanması, eləcə də ilin sonunadək müvafiq təkliflərin formalaşdırılması nəzərdə tutulur.

Mərkəzi Bankdan bildirilib ki, hazırda bu istiqamətdə beynəlxalq təcrübənin araşdırılması davam etdirilir.

Related posts

İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

İsDB-in İllik Toplantıları 6 mlrd. ABŞ dolları məbləğində maliyyələşdirmə sazişləri ilə başa çatıb

Çin faiz dərəcələrində gözlənilən qərar: 13-cü aydır ki, dəyişiklik yoxdur

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı