Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Ekspert: Azərbaycanda bankların sayı 2030-cu ilədək 15-ə düşə bilər - BBN

Ekspert: Azərbaycanda bankların sayı 2030-cu ilədək 15-ə düşə bilər

“Bank BTB” ASC-nin aktiv və öhdəliklərini “Azərbaycan Beynəlxalq Bankı” ASC-yə (ABB) ötürərək bank olmayan kredit təşkilatına (BOKT) çevrilməsi Azərbaycanda bank sektorunda konsolidasiya prosesinin başlanğıcı ola bilər.

BBN.az xəbər verir ki, maliyyəçi-ekspert Namiq Hüseynov Yurd.Media-ya açıqlamasında “Bank BTB” ilə bağlı baş verənləri bank sektorunda konsolidasiyanın ilk nümunələrindən biri kimi qiymətləndirib.

Ekspertin sözlərinə görə, faktiki olaraq ABB “Bank BTB”ni alıb. O bildirib ki, qarşıdakı illərdə belə nümunələrin sayının artması mümkündür.

“Azərbaycanda aktivlərinə və mənfəətinə görə rəqiblərindən əhəmiyyətli dərəcədə geri qalan kiçik banklar ən yaxşı halda böyük banklara birləşməklə, ən pis halda isə lisenziyalarının birbaşa ləğv edilməsi ilə bazarı tərk edəcəklər”, – deyə Namiq Hüseynov bildirib.

Onun fikrincə, ölkədə fəaliyyət göstərən bankların sayının azalması tendensiyası yaxın illərdə də davam edəcək. Ekspert yerli kapitalla yeni bankların bazara daxil olması ehtimalını aşağı qiymətləndirib.

“Xarici kapitallı banklara isə bir qayda olaraq yüksək dövlətlərarası münasibətlər çərçivəsində lisenziya verilir. Odur ki, bank sektorunda iştirakçıların sayı azalmaqda davam edəcək. 2030-cu ilə qədər bankların sayının hətta 15-ə düşməsi mümkündür”, – ekspert qeyd edib.

Related posts

AMB sistem əhəmiyyətli bankların müəyyənləşdirilməsi qaydalarını dəyişib

Əhalinin əmanətləri artır, şirkətlərin depozitləri azalır – İqtisadçı səbəbləri açıqladı

İstehlak kreditini vaxtından əvvəl cəriməsiz qaytarmaq mümkündür? – Ekspertdən açıqlama

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı