Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
7 ayda 41 mindən çox uşağın doğulmasına görə birdəfəlik müavinət ödənilib - BBN

7 ayda 41 mindən çox uşağın doğulmasına görə birdəfəlik müavinət ödənilib

Bu ilin yanvar–iyul aylarında 41 151 nəfərə uşağın anadan olmasına görə proaktiv qaydada birdəfəlik müavinət təyin olunaraq ödəniş edilib.

Bu barədə “Report”un sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondundan (DSMF) bildirilib.

Məlumata görə, müavinət ödənişləri 19 147 qız və 22 004 oğlan uşağının doğulmasına görə həyata keçirilib.

Qeyd edək ki, uşağın anadan olmasına görə birdəfəlik müavinət proaktiv qaydada təyin olunur və vətəndaşın əlavə müraciət etməsinə ehtiyac qalmır.

Related posts

Azərbaycanla ABŞ arasında ticarət dövriyyəsi 31%-dən çox azalıb

Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin həcmi 9,2 milyard manata çatıb

Stablecoin-lər beynəlxalq pul köçürmələrini həqiqətən ucuzlaşdırırmı?

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı