Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
ABA-nın “Daxili audit işi üzrə Ekspert Qrupu”nun növbəti görüşü keçirilmişdir - BBN

ABA-nın “Daxili audit işi üzrə Ekspert Qrupu”nun növbəti görüşü keçirilmişdir

30 aprel 2026-cı il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdində fəaliyyət göstərən “Daxili audit işi üzrə Ekspert Qrupu”nun görüşü keçirilmişdir.

Görüş çərçivəsində daxili audit sahəsində aktual məsələlər ətraflı müzakirə olunmuş, 2026-cı il üzrə prioritet istiqamətlər müəyyən edilmişdir. İclasda ilk olaraq 2026-cı il üzrə daxili audit sahəsində maarifləndirmə tədbirləri müzakirə olunmuşdur. Qeyd edilmişdir ki, ABA tərəfindən təşkil olunacaq beynəlxalq tədbirlər çərçivəsində daxili audit üzrə xüsusi panel müzakirələrinin keçirilməsi nəzərdə tutulur. Bu panellərdə daxili audit sahəsi üçün aktual və strateji əhəmiyyət daşıyan mövzuların müəyyənləşdirilməsi vacib hesab edilmişdir.

Eyni zamanda, qarşıdan gələn may ayının qlobal Daxili Audit Maarifləndirmə Ayı olması diqqətə çatdırılmışdır. Bu çərçivədə daxili auditin əhəmiyyətinin təşviqi və bu sahədə məlumatlılığın artırılması məqsədilə müxtəlif maarifləndirmə tədbirlərinin keçirilməsi məsələsi müzakirə olunmuşdur.

Bundan əlavə, Beynəlxalq Daxili Audit Standartlarının tələblərinə uyğun olaraq daxili auditorlar üçün obyektivlik və peşəkar skeptisizm mövzusunda təlimlərin təşkili təklif edilmişdir.

Görüşdə həmçinin Ekspert Qrupunun 2026-cı il üzrə hazırlanmış əməliyyat planı müzakirə olunmuşdur. Qarşıdakı dövrdə bank sektorunda daxili audit funksiyasının inkişafı, beynəlxalq təcrübənin tətbiqi və peşəkar biliklərin artırılması istiqamətində həyata keçiriləcək tədbirlər ətrafında fikir mübadiləsi aparılmışdır. İştirakçıların rəy və təklifləri dinlənilmiş, fəaliyyət planının daha effektiv və məqsədyönlü qurulması üçün ilkin yanaşmalar razılaşdırılmışdır.

Sonda müzakirə olunan məsələlər üzrə fikir mübadiləsi davam etdirilmiş, iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.

Related posts

“Naxçıvanbank”dakı vəsaitlərin geri qaytarılmasının əlçatanlığı artırılır

Qlobal Akkreditasiya Əməkdaşlığı Təşkilatının iclaslarında Azərbaycan təmsil olunub

DSMF nümayəndə heyəti əməyin mühafizəsi və sənaye təhlükəsizliyi üzrə beynəlxalq konfransda iştirak edib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı