ABA-nın Ekspert Qrupu AFAD-a ianə etdi

Məlum olduğu kimi, Azərbaycan Banklar Assosiasiyasının nəzdində fəaliyyət göstərən “Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə Ekspert Qrupu” 2022-ci ildəki fəaliyyətinə görə növbəti dəfə ən fəal Ekspert Qrupu seçilmişdir. Ekspert Qrupu üzvləri, onlar üçün birincilik münasibətilə təşkil olunacaq ziyafət tədbirinə ayrılması nəzərdə tutulan maliyyə vəsaitinin Qardaş Türkiyə Respublikasında baş vermiş dəhşətli zəlzələnin nəticələrinin aradan qaldırılması üçün AFAD yardım fonduna köçürülməsini yekdilliklə qərara almışdır.

Qeyd edək ki, Ekspert Qrupu ölkəmizdə ödəniş ekosisteminin inkişafı, qabaqcıl beynəlxalq təcrübənin tətbiqi, innovativ ödəniş həll və texnologiyalarının tətbiqinin genişləndirilməsi istiqamətində aktiv fəaliyyət göstərir.

Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 25 bank və 5 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.

Related posts

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Bu istehlakçılar üçün sayğaclar sistem operatorunun vəsaiti hesabına təchiz ediləcək

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı