Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
“Azərbaycan İnvestisiya Şirkəti” ASC və Macarıstanın “Hell Energy” şirkəti arasında əməkdaşlıq müqaviləsi imzalanıb - BBN

“Azərbaycan İnvestisiya Şirkəti” ASC və Macarıstanın “Hell Energy” şirkəti arasında əməkdaşlıq müqaviləsi imzalanıb

“Hell Energy” şirkəti Azərbaycanda alüminium içki qutularının istehsalı və doldurulması üzrə layihəni həyata keçirəcək.

“Azərbaycan İnvestisiya Şirkəti” ASC və Macarıstanın “Hell Energy” şirkəti arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Sənədə əsasən, Azərbaycanda alüminium içki qutularının istehsalı və doldurulması layihəsi həyata keçiriləcək. Layihə üzrə Ələt Azad İqtisadi Zonasında inşası nəzərdə tutulan zavodda ilkin olaraq illik 300-400 mln. ədəd alüminium içki qutularının istehsalı və doldurulması nəzərdə tutulub.

Layihənin həyata keçirilməsi ölkəyə xarici investisiyaların cəlb edilməsinə, texnoloji baxımdan qabaqcıl təcrübənin əldə olunmasına, idxalın əvəz edilməsinə və hazır məhsulun digər ölkələrə ixrac potensialının artırılmasına töhfə verəcəkdir.


Qeyd: Macarıstanın 2006-cı ildə əsası qoyulmuş “Hell Energy” şirkətinin məhsulları dünyanın 50-dən çox ölkəsində istehlakçılara təklif olunur. Şirkət içki qutularının istehsalı və doldurulması üzrə də müasir zavodlara malikdir.

Related posts

Bazarın nəbzi döyünür: Kriptovalyuta dünyası və texnologiya nəhəngi Nvidia-nın uğurlu nəticələri fonunda Bitcoin yenidən yüksəlişdədir!

NVIDIA-dan tarixi uğur: Süni intellekt dalğası gəlirləri iki dəfədən çox artırdı

Birjanın “Böyük Günü”: Uoll-Stritin Taleyi Bu Axşam Açıqlanacaq “Nvidia” Hesabatından Asılıdır!

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı