Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
ABA-nın ekspert qrupunun sədri Tamerlan Rüstəmov “Quantomania” adlı hakatonda münsiflər heyətində yer alıb

ABA-nın ekspert qrupunun sədri Tamerlan Rüstəmov “Quantomania” adlı hakatonda münsiflər heyətində yer alıb

Azərbaycanda açıq bankçılıq sahəsi üzrə ilk hakaton keçirilib. “Bank Respublika” tərəfindən təşkil edilən yarışma “Quantomania” adı altında keçirilib. Yarışmanın əsas məqsədi proqramlaşdırma sahəsinə marağı olan gənclərin öz bacarıqlarını kəşf etməsinə, ideyalarını tətbiq etməsinə və ölkədə açıq bankçılıq tendensiyasına töhfələr verməsinə imkan yaratmaqdır.

Azərbaycan Banklar Assosiasiyası nəzdində fəaliyyət göstərən “Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə Ekspert Qrupu”nun sədri Tamerlan Rüstəmov hackathonun münsiflər heyətində yer alıb.

40-dan çox komandanın qatıldığı yarışmada 5 komanda qalib seçilib. “Fuzzy Logic” komandası birinci yerdə, “Enigma” komandası ikinci yerdə, “DataMass” komandası isə üçüncü yerdə qərarlaşaraq, müvafiq olaraq 5000 AZN, 2500 AZN və 1500 AZN dəyərində pul mükafatları qazanıblar.

Related posts

Tələbələr arasında “Vergilər” mövzusunda ümumrespublika olimpiadası keçiriləcək

“ASAN xidmət” təcrübəsinin Tacikistanla paylaşılmasına dair müzakirələr aparılıb

WUF13 çərçivəsində KOB-ların dayanıqlı şəhər inkişafında rolu müzakirə edilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı