Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
ABA-nın “Risklərin İdarə Edilməsi Ekspert Qrupu”nun Macarıstan səfəri başa çatmışdır - BBN

ABA-nın “Risklərin İdarə Edilməsi Ekspert Qrupu”nun Macarıstan səfəri başa çatmışdır

Azərbaycan Bank və Maliyyə Tədris Mərkəzinin təşkilatçılığı, Azərbaycan Banklar Assosiasiyasının dəstəyi ilə 1-3 oktyabr 2024-cü il ABA-nın “Risklərin İdarə Edilməsi Ekspert Qrupu”nun üzvlərinin, o cümlədən bankların bu istiqamətdəki digər rəhbər şəxslərinin Macarıstan səfəri baş tutmuşdur.

Səfər çərçivəsində iştirakçılar aşağıdakı mövzularla tanış olmuşlardır.

  • Agile mühitdə risklərin idarə edilməsi.
  • Əməliyyat riskinə qabaqcıl yanaşmalar.
  • Risklərin idarə edilməsi proseslərinin rəqəmsallaşma səviyyəsi.
  • Rəqəmsal istehlak kreditləri üçün erkən xəbərdarlıq və Fraud aşkarlama alətləri.
  • KOB və pərakəndə bankçılıqda kredit riskinin idarə edilməsi.
  • Avtomatlaşdırılmış Qərar Vermə Modelləri (İpoteka, İstehlak Kreditləri, Mikro Kreditlər).
  • Generativ Süni İntellekt üçün Risk Yanaşmaları.

15 nəfərlik  iştirakçı qrupu ilə təşkil edilmiş səfər çərçivəsində aşağıdakı qurumların nümayəndələri ilə görüşlər təşkil edilmişdir:

  1. OTP Bank Plc;
  2. MBH Bank Plc;
  3. K&H Bank Plc;
  4. Raiffeisen Bank Plc;
  5. Erste Bank Hungary Plc.

Qeyd edək ki,  Azərbaycan Bank və Maliyyə Tədris Mərkəzi (ABFTC) 2000-ci ildə Avropa Birliyi tərəfindən yaradılıb, Azərbaycan Banklar Assosiasiyasının törəmə müəssisəsidir. İndiyə qədər ABFTC tərəfindən 250-a yaxın təlim mövzusu üzrə, 36 mindən çox dinləyiciyə 2500-ə yaxın təlim kursu təşkil edilmişdir.

 

Related posts

“Moody’s Ratings” Azərbaycanın iqtisadi artım gözləntilərini açıqlayıb

“ABB-Qarabağ FK” kobrend kartını artıq ABB-dən sifariş etmək olar

Bankların debet kartları üzrə iyul ayı cashback təklifləri

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı