Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Tacikistan və Azərbaycan arasında investisiya və ticarət əlaqələrinin genişləndirilməsi müzakirə olunub - BBN

Tacikistan və Azərbaycan arasında investisiya və ticarət əlaqələrinin genişləndirilməsi müzakirə olunub

Tacikistanın Gülüstan şəhərində keçirilən “Avrasiya ölkələrində azad iqtisadi zonaların rəqəmsallaşdırılması” adlı Beynəlxalq İnvestisiya Forumu çərçivəsində Tacikistanın iqtisadi inkişaf və ticarət naziri Abdurahmonzoda Abdurahmon Səfərəli ilə Azərbaycanın iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov arasında görüş keçirilib.

Tacikistanın İqtisadi İnkişaf və Ticarət Nazirliyinin məlumatına görə, tərəflər ticarət-iqtisadi və investisiya əməkdaşlığının genişləndirilməsi perspektivlərini müzakirə ediblər. Xüsusi diqqət müştərək müəssisələrin yaradılmasına, Azərbaycan kapitalının Tacikistanın azad iqtisadi zonalarına cəlb olunmasına, habelə sənaye kooperasiyasına, rəqəmsal texnologiyaların tətbiqinə və nəqliyyat-logistika infrastrukturunun gücləndirilməsinə yönəldilib.

Görüşdə ikitərəfli ticarətin yüksək dinamikası xüsusi vurğulanıb: 2025-ci ilin yekunlarına əsasən, iki ölkə arasında ticarət dövriyyəsi 2024-cü illə müqayisədə 241 faiz artaraq 14,7 milyon ABŞ dollarına çatıb. Bu müsbət dinamika davam edir və 2026-cı ilin birinci yarımilliyində qarşılıqlı ticarətin həcmi 10,2 milyon dollar təşkil edib.

Sonda tərəflər əldə olunmuş razılaşmaların təcrübədə reallaşdırılması, birgə investisiya təşəbbüslərinin fəal şəkildə təşviq edilməsi, eləcə də Tacikistan və Azərbaycanın işgüzar dairələri arasında əlaqələrin hərtərəfli dəstəklənməsi niyyətlərini bir daha təsdiqləyiblər.

Related posts

Azərbaycan və Özbəkistan ödəniş sistemlərinin inteqrasiyasını müzakirə edir

AZPROMO Tacikistan Beynəlxalq Qida Sənayesi Forumunda təmsil olunub

Mərkəzi Bank tərəfindən Şamaxı rayonunda vətəndaşların səyyar qəbulu keçiriləcək

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı