Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
ABA-nın “Risklərin İdarə Edilməsi üzrə Ekspert Qrupu”nun Dubay səfəri başlamışdır - Foto - BBN

ABA-nın “Risklərin İdarə Edilməsi üzrə Ekspert Qrupu”nun Dubay səfəri başlamışdır – Foto

Azərbaycan Bank Tədris Mərkəzinin (ABTC) təşkilatçılığı, eləcə də Azərbaycan Banklar Assosiasiyasının (ABA) və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Banklar Federasiyasının dəstəyi ilə 19-21 dekabr 2023-cü il tarixlərində ABA-nın “Risklərin İdarə Edilməsi üzrə Ekspert Qrupu”nun üzvlərinin, o cümlədən bankların bu istiqamətdəki digər rəhbər şəxslərinin Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərinə səfəri başlamışdır.

Səfər çərçivəsində iştirakçılar aşağıdakı mövzularla tanış olacaqlar.

  • BƏƏ bank sisteminin normativ tələbləri;
  • Korporativ idarəetmə;
  • Stress testləşdirmə;
  • KOS və Pərakəndə Bankçılıq üzrə risklərin idarə edilməsi;
  • Avtomatlaşdırılmış qərar qəbuletmə modelləri (ipoteka, istehlak kreditləşməsi, mikro kreditləşmə);
  • Korporativ idarəetmə;
  • Ölkə risklərinin idarə edilməsi;
  • ESG faktorları;
  • Risklərin idarə edilməsi proseslərinin rəqəmsallaşdırılması səviyyəsi, korporativ standartlar, müştərinin identifikasiyası;
  • Çevik mühitdə risklərin idarə edilməsi;
  • Əməliyyat risklərinin idarə edilməsi;
  • Kibertəhlükəsizlik.

Səfər çərçivəsində aşağıdakı qurumların nümayəndələri ilə görüşlərin təşkil edili nəzərdə tutulmuşdur:

  1. Emirates NBD;
  2. Commercial Bank of Dubai;
  3. Dubai Islamic Bank;
  4. Mashreq Bank;
  5. Standard Chartered Bank;
  6. Commercial Bank International.

Qeyd edək ki,  Azərbaycan Bank Tədris Mərkəzi (ABTC) 2000-ci ildə Avropa Birliyi tərəfindən yaradılıb, Azərbaycan Banklar Assosiasiyasının törəmə müəssisəsidir. İndiyə qədər ABTC tərəfindən 250-a yaxın təlim mövzusu üzrə, 36 mindən çox dinləyiciyə 2500-ə yaxın təlim kursu təşkil edilmişdir.

Related posts

Qırmızı Ürəklər Fondunun “Qurban payı” aksiyası çərçivəsində 400 ailəyə yardım edildi

Kreditini Birbank-a gətirənlər 6%-dək endirim qazanır – kampaniya davam edir

Tibb İşçiləri üçün 3%-dək endirimlə kredit – Expressbank

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı