Azərbaycan Bank Tədris Mərkəzinin (ABTC) təşkilatçılığı, eləcə də Azərbaycan Banklar Assosiasiyasının (ABA) və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Banklar Federasiyasının dəstəyi ilə 19-21 dekabr 2023-cü il tarixlərində ABA-nın “Risklərin İdarə Edilməsi üzrə Ekspert Qrupu”nun üzvlərinin, o cümlədən bankların bu istiqamətdəki digər rəhbər şəxslərinin Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərinə səfəri başlamışdır.
Səfər çərçivəsində iştirakçılar aşağıdakı mövzularla tanış olacaqlar.
- BƏƏ bank sisteminin normativ tələbləri;
- Korporativ idarəetmə;
- Stress testləşdirmə;
- KOS və Pərakəndə Bankçılıq üzrə risklərin idarə edilməsi;
- Avtomatlaşdırılmış qərar qəbuletmə modelləri (ipoteka, istehlak kreditləşməsi, mikro kreditləşmə);
- Korporativ idarəetmə;
- Ölkə risklərinin idarə edilməsi;
- ESG faktorları;
- Risklərin idarə edilməsi proseslərinin rəqəmsallaşdırılması səviyyəsi, korporativ standartlar, müştərinin identifikasiyası;
- Çevik mühitdə risklərin idarə edilməsi;
- Əməliyyat risklərinin idarə edilməsi;
- Kibertəhlükəsizlik.
Səfər çərçivəsində aşağıdakı qurumların nümayəndələri ilə görüşlərin təşkil edili nəzərdə tutulmuşdur:
- Emirates NBD;
- Commercial Bank of Dubai;
- Dubai Islamic Bank;
- Mashreq Bank;
- Standard Chartered Bank;
- Commercial Bank International.
Qeyd edək ki, Azərbaycan Bank Tədris Mərkəzi (ABTC) 2000-ci ildə Avropa Birliyi tərəfindən yaradılıb, Azərbaycan Banklar Assosiasiyasının törəmə müəssisəsidir. İndiyə qədər ABTC tərəfindən 250-a yaxın təlim mövzusu üzrə, 36 mindən çox dinləyiciyə 2500-ə yaxın təlim kursu təşkil edilmişdir.