Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
ABA-nın”Maliyyə və mühasibatlıq üzrə Ekspert Qrupu”nun Türkiyə səfəri başa çatmışdır - BBN

ABA-nın”Maliyyə və mühasibatlıq üzrə Ekspert Qrupu”nun Türkiyə səfəri başa çatmışdır

Azərbaycan Bank və Maliyyə Tədris Mərkəzinin təşkilatçılığı, Azərbaycan Banklar Assosiasiyasının və Türkiye Banklar Birliyinin dəstəyi ilə 26-27 noyabr 2025-ci il tarixlərində ABA-nın “Maliyyə və mühasibatlıq Ekspert Qrupu”nun, o cümlədən bankların bu istiqamətdəki digər rəhbər şəxslərinin İstanbula səfəri baş tutmuşdur.

Səfər çərçivəsində iştirakçılar aşağıdakı mövzularla tanış olmuşlardır.

  1. Maliyyə planlaşdırılması və büdcələşdirmə: Sıfır əsaslı büdcələşdirmə, strateji maliyyə idarəetməsi və xərc optimallaşdırma alətləri,
  2. Rəqəmsal transformasiya və maliyyə: Robotlaşdırılmış mühasibat (RPA), rəqəmsal analitika və məlumat yönümlü qərarvermə,
  3. Tənzimləyici və ehtiyatlı hesabatlılıq: Risklə çəkilən aktivlər, kapitalın adekvatlığı (CAR), Basel III/IV və BDDK-nın ehtiyatlı hesabatları,
  4. ESG və davamlılıq hesabatlılığı: Yaşıl maliyyələşmə, ESG göstəricilərinin maliyyə hesabatlarına inteqrasiyası.

Səfər çərçivəsində aşağıdakı qurumların nümayəndələri ilə görüşlər təşkil edilmişdir:

  1. Ziraat Katılım Bankası;
  2. Albaraka Türk Katılım Bankası;
  3. QNB Finansbank;
  4. Yapı Kredi Bankası;
  5. DenizBank;
  6. Garanti Bankası.

Qeyd edək ki,  Azərbaycan Bank və Maliyyə Tədris Mərkəzi (ABFTC) 2000-ci ildə Avropa Birliyi tərəfindən yaradılıb, Azərbaycan Banklar Assosiasiyasının törəmə müəssisəsidir. İndiyə qədər ABFTC tərəfindən 250-a yaxın təlim mövzusu üzrə, 38 mindən çox dinləyiciyə 2600-ə yaxın təlim kursu təşkil edilmişdir.

Related posts

AYNA: WUF13 zamanı 12 şəhərdaxili marşrut üzrə və 6 hava limanından daşımalar olacaq

“Azərbaycanda oyun sənayesinin gəlirlərinin 200 milyon dollardan çox olması proqnozlaşdırılır”

“Bakı Fond Birjası”nın dövriyyəsi 43 % azalıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı