Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Naxçıvanda istehlakçılara 5,3 milyon manat ƏDV geri qaytarılıb - BBN

Naxçıvanda istehlakçılara 5,3 milyon manat ƏDV geri qaytarılıb

Naxçıvan Muxtar Respublikasında “ƏDV geri al” layihəsi çərçivəsində indiyədək istehlakçılara 5,3 milyon manat dəyərində ƏDV geri ödənilib.

BBN.az xəbər verir ki, 2026-cı ilin yanvar-iyul aylarında geri qaytarılan ƏDV-nin məbləği 1,2 milyon manat təşkil edib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 19 % çoxdur.

Ümumilikdə, cari ilin ilk 7 ayı ərzində Azərbaycanda pərakəndə ticarət və iaşə obyektlərindən alınan mallara, həmçinin layihənin əhatə etdiyi müəyyən xidmətlərə görə ödənilmiş ƏDV-nin 122 milyon 86,6 min manatlıq hissəsi fiziki şəxslərə geri qaytarılıb.

Qeyd edək ki, “ƏDV geri al” mexanizmi neft və qaz məhsullarına, avtomobillərə, alkoqollu içkilərə və tütün məmulatlarına şamil edilmir.

Bununla yanaşı, layihə çərçivəsində teatr tamaşaları və film nümayişləri, muzey ziyarətləri, simfonik orkestr konsertləri, müəyyən tibbi xidmətlər, eləcə də işğaldan azad edilmiş ərazilərdə yerləşən hotellərdə gecələmə xidmətlərinə görə ödənilən ƏDV-nin müəyyən hissəsi də istehlakçılara geri qaytarılır.

Related posts

Əhalinin əmanətləri artır, şirkətlərin depozitləri azalır – İqtisadçı səbəbləri açıqladı

Ekspert: Azərbaycanda bankların sayı 2030-cu ilədək 15-ə düşə bilər

İstehlak kreditini vaxtından əvvəl cəriməsiz qaytarmaq mümkündür? – Ekspertdən açıqlama

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı