Home » ABA nümayəndələri Yaponiyanın Zengin-Net ödəniş sistemi ilə tanış olub

ABA nümayəndələri Yaponiyanın Zengin-Net ödəniş sistemi ilə tanış olub

by Aytac
0 comments 1 views 1 minutes read

8 aprel 2026-cı il tarixində Azərbaycan Banklar Assosiasiyası (ABA) nümayəndə heyəti Yaponiyanın aparıcı ödəniş infrastrukturlarından biri olan The Japanese Banks’ Payment Clearing Network (Zengin-Net) ilə görüş keçirib.

Görüş çərçivəsində Zengin-Net-in Beynəlxalq Əlaqələr üzrə mütəxəssisi Takushi Omuro “Overview of Zengin System” mövzusunda təqdimatla çıxış edib.

Təqdimat zamanı bildirilib ki, Zengin Sistemi Yaponiyada hesabdan-hesaba ödənişlərin emalını təmin edən əsas infrastruktur rolunu oynayır. Sistem həm iri, həm də kiçik məbləğli ödənişlərin, o cümlədən real vaxt və toplu ödənişlərin təhlükəsiz və operativ şəkildə həyata keçirilməsinə imkan verir. Bununla yanaşı, Zengin Sistemi Zengin-Net tərəfindən birbaşa idarə olunmayan digər ödəniş platformalarının klirinq hesablaşmalarını da dəstəkləyir.

Görüş zamanı ABA nümayəndələri Yaponiyanın ödəniş infrastrukturunun iş prinsipləri, əməliyyat mexanizmləri və real vaxt ödənişlərinin təşkili sahəsində qabaqcıl beynəlxalq təcrübə ilə yaxından tanış olublar.

You may also like

Leave a Comment

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.