Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
ABB-də kiçik sahibkarlar üçün Payız kampaniyası başlandı! - BBN

ABB-də kiçik sahibkarlar üçün Payız kampaniyası başlandı!

İş adamlarının yaxın tərəfdaşı olan ABB yeni mövsümdə onların fəaliyyətinə dəstək məqsədilə xüsusi kampaniya elan edib.  Payız kampaniyası çərçivəsində kiçik sahibkarlar 48 ayadək mikrokreditləri ABB-dən 16%-dən başlanan illik faiz dərəcəsi ilə ala bilərlər. 15.000 manatadək kredit üçün zamin tələb olunmur. Kreditin maksimum məbləği 20.000 manatdır. Kampaniya 30 noyabr tarixinə qədər keçərlidir. Hər bir kiçik sahibkar ABB-nin filiallarına müraciət etməklə Payız kampaniyasının üstünlüklərindən yararlana bilər.

Bankın Kiçik və orta sahibkarlarla iş departamentinin direktoru Nuru Xəlilov ABB-nin iş adamları üçün faydalı tədbirləri mütəmadi olaraq davam etdirdiyini xatırladıb: “Universal bank olaraq ABB sahibkarların maliyyə xidmətlərinə olan bütün ehtiyaclarını ən sərfəli şəkildə və yüksək keyfiyyətlə təmin edir. İş adamları yaratdığımız imkanlardan istifadə etməklə bizneslərini daha da inkişaf etdirə bilərlər. Onları filiallarımıza müraciət edərək bu imkanlardan faydalanmağa çağırırıq”.      

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Related posts

Azərbaycan və Qırğızıstan bankları arasında HR sahəsində təcrübə mübadiləsi keçirilib

Azərbaycan və ABŞ maliyyə sabitliyinin təmin olunmasını müzakirə edib

ING-dən ən yüksək proqnoz: Bu il Azərbaycanda CƏB-in profisiti 11%-ə çatacaq

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı