ABB İnvest xarici banklardan birində istiqraz buraxılışı həyata keçirməyi planlaşdırır və bununla bağlı danışıqlar aparır.
Bunu şirkətin icraçı direktoru Nadir Babazadə 2025-ci ilin yekunlarına dair maliyyə göstəricilərinin açıqlanması ilə bağlı keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, layihə ilə bağlı müzakirələr davam edir, lakin yekun qərar qəbul olunmadığı üçün əlavə məlumat ictimaiyyətə açıqlanmır.
“Hazırda bu istiqamətdə danışıqlar aparılır. Lakin yekun qərar olmadığı üçün hələlik əlavə məlumat açıqlaya bilmirik”, – deyə N.Babazadə bildirib.