Azərbaycan Bank və Maliyyə Tədris Mərkəzinin təşkilatçılığı, Azərbaycan Banklar Assosiasiyasının dəstəyi ilə 13-14 may 2026-cı il Çağrı Mərkəzi və müştəri müraciətlərinin idarə edilməsi mövzusunda bankların bu istiqamətdəki rəhbər şəxsləri üçün təşkil edilən Gürcüstan Respublikasına səfər təşkil edilmişdir.
Səfər çərçivəsində iştirakçılar aşağıdakı mövzularla tanış olmuşlardır.
- Çağrı mərkəzlərində süni intellektin tətbiqi (AI-IVR və səs analitikası);
- Onlayn satışlarda və rəqəmsal kanallarda süni intellektin tətbiqi (çatbotlar);
- Müştəri xidmətləri strategiyası və idarəetməsi;
- Müştəri təcrübəsi (CX);
- Müştəri xidmətlərində mükəmməllik, KPI-lar və performans idarəetməsi;
- CRM və məlumat analitikası;
- Salome Makaridze tərəfindən təqdim olunan Gürcüstan bank bazarı üzrə 2026-cı il illik araşdırmasının əsas nəticələri və yekunları.
Səfər çərçivəsində aşağıdakı qurumların nümayəndələri ilə görüşlər təşkil edilmişdir:
- Bank of Georgia;
- TBC Bank;
- Gürcüstan Banklar Assosiasiyası.
Qeyd edək ki, ABFTC 2000-ci ildə Avropa Birliyinin təşəbbüsü ilə yaradılmış və Azərbaycan Banklar Assosiasiyası-nın törəmə müəssisəsidir. Mərkəz indiyədək 260-dən çox mövzu üzrə 2 600-dən artıq təlim kursu təşkil etmiş və 38 000-dən çox dinləyicinin iştirakını təmin etmişdir.