Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
ABB-nin süni intellekt həlləri Dünya İqtisadi Forumunun hesabatına daxil edilib - BBN

ABB-nin süni intellekt həlləri Dünya İqtisadi Forumunun hesabatına daxil edilib

Çinin Dalian şəhərində keçirilən Dünya İqtisadi Forumunun (Davos Forumu) “Yeni Çempionların İllik Toplantısı”nda ABB-nin süni intellekt sahəsindəki təcrübəsi beynəlxalq səviyyədə diqqət çəkib.

Tədbirdə ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov və sədr müavini Taleh Tahirli iştirak ediblər. Forum çərçivəsində təqdim olunan “The AI Playbook for Financial Services” (“Maliyyə Xidmətləri üçün Süni İntellekt Bələdçisi”) adlı hesabatda ABB-nin tətbiq etdiyi süni intellekt həlləri uğurlu nümunələr sırasında yer alıb.

Abbas İbrahimov sosial media hesabında paylaşdığı açıqlamada bunu bank komandasının son illərdə həyata keçirdiyi işlərin beynəlxalq səviyyədə tanınmasının növbəti göstəricisi kimi qiymətləndirib.

Hesabatda qeyd olunur ki, ABB maliyyə inklüzivliyinin genişləndirilməsi məqsədilə süni intellekt texnologiyalarından istifadə edir. Bankın müştərilərlə ünsiyyət quran süni intellekt əsaslı köməkçiləri xidmətlərin daha əlçatan və rahat olmasına töhfə verir. Sənəddə vurğulanır ki, bu cür texnologiyalar maliyyə institutlarına əvvəllər mümkün hesab edilməyən yeni dəyər mənbələri yaratmağa imkan verir.

Hesabatda ABB-nin mikrokredit müraciətlərinin risk qiymətləndirilməsi və qərarvermə prosesində süni intellektdən istifadəsi ayrıca nümunə kimi təqdim olunub. Bildirilir ki, bu həll bank üçün gəlirli biznes istiqamətinə çevrilib və müvafiq portfel üzrə orta gəlirlilik 21 faiz təşkil edib.

Səfər çərçivəsində Abbas İbrahimov Çin Baş nazirinin aparıcı şirkət rəhbərləri ilə keçirdiyi qapalı görüşdə də iştirak edib. Görüşdə innovasiya və süni intellektin ölkənin inkişaf strategiyasında mühüm yer tutduğu, xarici investorlarla əməkdaşlığın davam etdiriləcəyi və qlobal problemlərin birgə fəaliyyət yolu ilə həllinin vacibliyi vurğulanıb.

Bununla yanaşı, ABB nümayəndələri Şanxayda WeChatWeChat Pay ekosisteminin yaradıcıları ilə görüş keçirərək bankçılıqda süni intellektin tətbiqi, rəqəmsal maliyyə xidmətləri və gələcək əməkdaşlıq perspektivlərini müzakirə ediblər.

Abbas İbrahimovun sözlərinə görə, süni intellekt artıq gələcəyin deyil, bugünün rəqabət üstünlüyüdür və bu sahədə beynəlxalq təcrübə mübadiləsi innovasiyaların daha sürətli tətbiqinə, eləcə də yeni imkanların yaranmasına mühüm töhfə verir.

Related posts

ChatGPT Azərbaycanda süni intellekt bazarına liderlik edir – İstifadə payı 85,9%-ə yüksəlib

AMB: Əhalinin banklara xalis dollar satışı 274 milyon dollara yaxınlaşıb

AMB valyuta bazarında alış əməliyyatlarını artırdı: Ehtiyatlar ilin əvvəlindən 1,64 milyard dollar yüksəldi

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı