Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
“ABB-Qarabağ FK” kobrend kartını artıq ABB-dən sifariş etmək olar - BBN

“ABB-Qarabağ FK” kobrend kartını artıq ABB-dən sifariş etmək olar

ABB futbol azarkeşlərinin çoxdan gözlədikləri “ABB-Qarabağ FK” kobrend kartını bazara təqdim edib. Bu kart ABB ilə Qarabağ Futbol Klubu və Mastercard arasındakı tərəfdaşlıq çərçivəsində hazırlanıb.

“ABB-Qarabağ FK” kobrend kartı müştərilərə həm bank xidmətlərindən, həm də Klubun təqdim etdiyi eksklüziv üstünlüklərdən yararlanmaq imkanı verir. Kart sahibləri Qarabağ Futbol Klubunun Avropa oyunlarına biletləri erkən əldə edə, komandanın məşqlərində iştirak edə, məşqdən sonra futbolçularla foto çəkdirə, “Azərsun Arena” və Klub bazasına təşkil olunan turlara qatıla bilərlər.

Bundan başqa, kart sahibləri Qarabağ Futbol Klubunun rəsmi “Fanşop”unda bütün məhsullara, o cümlədən outlet məhsullarına 10% endirim qazanır, xüsusi kampaniya günlərində isə promokod vasitəsilə əlavə 5% endirimdən yararlana bilirlər. Aktiv kart istifadəçiləri aylıq dövriyyələrinə əsasən, 15 AZN dəyərində “Fanşop” hədiyyə kartı qazanmaq imkanı da əldə edirlər.

Kart sahibləri həmçinin “Liv Bona Dea” və “Dreamland” məkanlarında, eləcə də seçilmiş partnyor mağazalarda xüsusi endirimlərdən faydalanırlar. “ABB-Qarabağ FK” kobrend kartının bütün üstünlükləri ilə buradan tanış olmaq və kartı həm həmin səhifədən, həm də ABB mobile tətbiqindən onlayn sifariş vermək olar.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə ətraflı məlumatı Bankın filial və şöbələrindən, ABB-nin rəsmi internet səhifəsi, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin Bankın rəsmi sosial şəbəkə səhifələrindən əldə etmək mümkündür.

Related posts

“Moody’s Ratings” Azərbaycanın iqtisadi artım gözləntilərini açıqlayıb

Bankların debet kartları üzrə iyul ayı cashback təklifləri

Bank of Baku Mastercard-ın Azərbaycanda ilk süni intellekt əsaslı rəqəmsal layihələrindən birinə tərəfdaş oldu – RƏQƏMSALLAŞMA SÜRƏTLƏ DAVAM EDİR!

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı