“Moody’s Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycan iqtisadiyyatı ilə bağlı növbəti proqnozunu təqdim edib.
BBN.az xəbər verir ki, agentliyin qiymətləndirməsinə əsasən, 2026-cı ildə ölkə iqtisadiyyatının təxminən 1,5% böyüməsi gözlənilir. Ortamüddətli dövrdə isə iqtisadi artım tempinin 2-2,5% səviyyəsində formalaşacağı proqnozlaşdırılır.
Hesabatda qeyd olunur ki, iqtisadi artımın əsas hərəkətverici qüvvələri qeyri-neft sektorunun genişlənməsi, rəqəmsal infrastrukturun inkişafı, regional nəqliyyat və logistika əlaqələrinin gücləndirilməsi olacaq.
Bununla yanaşı, dövlət maliyyəsinin daha səmərəli idarə edilməsi, bank sektorunda tənzimləmə mexanizmlərinin təkmilləşdirilməsi və fiskal intizamın gücləndirilməsi istiqamətində həyata keçirilən islahatların da ölkənin iqtisadi inkişafına müsbət təsir göstərəcəyi vurğulanır.