Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
ABİF əməkdaşlar və avtomobillər üçün sığorta üzrə tenderlər elan edib - BBN

ABİF əməkdaşlar və avtomobillər üçün sığorta üzrə tenderlər elan edib

İqtisadiyyat Nazirliyinə məxsus “Azərbaycan Biznesinin İnkişafı Fondu” (ABİF) ASC əməkdaşlarının və nəqliyyat vasitələrinin sığortalanması ilə bağlı açıq tenderlər elan edib.

Tenderlər Fondun 117 əməkdaşının könüllü tibbi sığortalanması, həmçinin 15 avtomobilinin könüllü (KASKO) sığortalanması məqsədilə keçirilir. Tenderlərdə iştirak haqqı müvafiq olaraq 156,5 manat və 22 manat təşkil edir.

İddiaçılar təkliflərini mayın 14-nə qədər Fonda təqdim edə bilərlər. Təkliflərə elə həmin gün saat 17:00-da baxılacaq.

Qeyd edək ki, ABİF İlham Əliyev tərəfindən 11 oktyabr 2021-ci il tarixində imzalanmış “Sahibkarlığın inkişafına dövlət dəstəyi sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” fərman əsasında yaradılıb. Fond, İqtisadiyyat Nazirliyinin tabeliyində Sahibkarlığın İnkişafı Fondu və “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin birləşməsi yolu ilə formalaşdırılıb.

Related posts

Azərbaycanda 58 Min İpoteka Müqaviləsi Bağlanılıb – Anar Kərimov

NVIDIA-dan tarixi uğur: Süni intellekt dalğası gəlirləri iki dəfədən çox artırdı

FED iclas protokolları: Faizlərin uzun müddət yüksək qalması və inflyasiya riski

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı